2022-ci ildə Gürcüstanda 21 897 oğlan və 20 422 qız olmaqla 42 319 uşaq diri doğulub. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ötən il 2021-ci illə müqayisədə 3627 uşaq az doğulub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ən az uşaq Raca-Leçxumi və Kvemo Svaneti bölgəsində (246 uşaq), Mtsxeta-Mtianetidə (788), Quriyada (917) və Samtsxe-Cavaxetidə (1687) doğulub. Ən çox uşaq Tbilisidə (14 202), Acarıstanda (5 267), İmeretidə (5 215), Kvemo Kartlidə (5 074) və Kaxetidə (3 377) doğulub.
Diri doğulanların ümumi sayında 2021-ci illə müqayisədə birinci uşağın payı 37,4 faizdən 39,1 faizədək (16 544 uşaq) artıb, ikinci uşağın payı 35,6 faizdən 33,5 faizədək (14 169 uşaq) azalıb. Üçüncü və sonrakı müntəzəm doğulanların payı demək olar ki, dəyişməz qalıb və 26,6% (11241 uşaq) təşkil edib. 2022-ci ildə ilk övladını dünyaya gətirən ananın orta yaşı 26,4 olub.
Ötən il 49 118 nəfər dünyasını dəyişib ki, bu da ölkədə mənfi təbii artımın qeydə alınması deməkdir. Diri doğulanların sayı ilə dünyasını dəyişənlərin sayı arasındakı fərq 6799 nəfər təşkil edib. Tbilisi, Acarıstan Muxtar Respublikası və Kvemo Kartli bölgəsi istisna olmaqla, bütün regionlarda mənfi təbii artım qeydə alınıb.
Ən çox ölüm halları Tbilisidə (14 123 nəfər) qeydə alınıb, sonra İmereti (8 202 ölüm halı), Sameqrelo-Zemo Svaneti (4 873), Kvemo Kartli (4 528), Kaxeti (4 408), Acarıstan (3 811), Şida Kartli (3 423) , Samtsxe-Cavaxeti (1932), Quriya (1702), Mtsxeta-Mtianeti (1401), Racha-Lechxumi və Kvemo Svaneti (715) gəlir. Bundan əlavə, 2022-ci ildə 2021-ci illə müqayisədə ölənlərin sayı 18% azalıb.
2022-ci ildə 26 048 nikah qeydə alınıb. İlk nikahın orta yaşı qadınlar üçün 29,4, kişilər üçün 31,9-dur.