2023-cü ildə Gürcüstanda 10 430 şagirdin statusu dayandırılıb. Əksər hallarda statusun dayandırılmasına səbəb ailə ilə xaricə getmə olub. 404 azyaşlı məktəbi işə başlaması ilə əlaqədar tərk edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xalq Müdafiəçisinin Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, 10 430 tələbədən 1598-ni peşə təhsili müəssisəsində təhsilini davam etdirməsi səbəbilə statusu dayandırılıb, 2647-si isə xarici ölkə vətəndaşı olub.
Keçən il 38 yetkinlik yaşına çatmayan uşaq evlilik/nişanlanma səbəbindən məktəbi tərk edib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə 47 qız və bir oğlan evliliyə görə təhsilini dayandırıb. Xalq Müdafiəçisi qeyd edir ki, qızlar tez-tez gənc yaşda evləndirildiyinə görə təhsil almağı dayandırırlar və azalmalara baxmayaraq, göstəricilər hələ də həyəcan təbili çalır.
Bundan əlavə, 2944 şagird məktəbdən çıxıb (onlardan 233-ü pilləni əvvəlcədən aşmaq səbəbilə), 27 şagird isə xaric edilib.
Yekun olaraq, 13 401 şagirdin (5817 qız və 7584 oğlan) təhsili dayandırılıb, pilləni aşaraq çıxııb və xaric edilib. 2022-ci ildə bu rəqəm 12 792, 2021-ci ildə 8 429, 2020-ci ildə 6 704 olub.
Son məlumatlara görə, Gürcüstanda 210 özəl və 2086 dövlət məktəbi fəaliyyət göstərir və şagirdlərin ümumi sayı 634 679 nəfərdir.