2023-cü ildən etibarən sürücülərin bilməsi lazım olan hansı dəyişikliklər qüvvəyə minib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

2023-cü il 1 yanvar tarixindən nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin və dövlət nömrə nişanlarının verilməsi xərcləri artıb. Avtomobil qeydiyyat şəhadətnaməsinin qiyməti 65 lari artaraq 35 lari əvəzinə 100 lari olub. Bir cüt dövlət nömrə nişanının verilməsi 45 lari artaraq 35 lari əvəzinə 80 lari olub.

Yanvarın 1-dən avtonəqliyyat vasitələrinin dövri texniki baxışı zamanı avtonəqliyyat vasitəsi səs-küyə qarşı da yoxlanılacaq. Nəqliyyat vasitəsinin yaydığı səs-küy qanunla müəyyən edilmiş desibeldən çox olmamalıdır.

Yanvarın 1-dən etibarən avtomobillərin buraxdığı tüstüyə görə texniki baxış meyarları sərtləşdirilib. 2020-ci ilin 1 aprel tarixinə qədər dövlət qeydiyyatına alınmış benzinlə işləyən avtomobillər üçün emissiya (CO) norması 0,6 %-dən 0,55 %-ə endirilib.

Sentyabrın 1-dən praktiki sürücülük vəsiqəsi imtahanının ikinci mərhələsində, sürücü namizədi sürüşə başlamazdan əvvəl imtahan götürənin nəqliyyat vasitəsinin texniki səmərəliliyi ilə bağlı verdiyi suallara müvafiq alətdən istifadə etməklə və ya başqa hərəkətlərlə vizual göstərişlər şəklində cavab verməli olacaq.

Gürcüstan Milli Statistika Xidmətinin 2021-ci il məlumatlarına əsasən, Gürcüstanda 1 490 200 avtomobil qeyydiyatdan keçib, onlardan 1 265 900-ü yüngül avtomobildir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur