Cari ilin ilk altı ayında Gürcüstandan Rusiyaya 40,8 min ton şərab ixrac edilib ki, bu da 2023-cü ilin analoji göstəricisindən 36,1% çoxdur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanın Milli Statistika Xidmətinin hesabatına əsasən, Rusiyaya ixrac edilən şərabın dəyəri 111,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin altı ayında eyni göstəricilər 29,9 min ton və 81,8 milyon dollar olub.
“Geostat”ın göstəricilərinə əsasən, 2024-cü ilin yanvar-iyun aylarında malların on ixrac kateqoriyasında birinci yeri 933,9 milyon ABŞ dolları ilə yüngül avtomobillər tutub ki, bu da bütün ixracın 32,8%-ni təşkil edir. Təbii üzüm şərabları 156,6 milyon ABŞ dolları ilə ikinci yerdədir (ümumi ixracın 5,5%-i).
Hazırda Gürcüstandan şərab Rusiyaya sıfır vergi ilə daxil olur. 2024-cü ilin martında propoqandist jurnalist Dmitri Kisiliovun sədrliyi ilə Rusiya Vintnerlər və Şərabçılar Assosiasiyası Rusiya hökumətinə Gürcüstan şərablarının rüsumsuz idxalını ləğv etmək təklifi ilə müraciət edib. İyun ayında məlum olub ki, sözügedən təşəbbüs dəstək qazanmayıb, lakin Rusiya mətbuatı onun yenidən müzakirə olunduğunu və avqustda həyata keçirilə biləcəyini yazır.