Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, “azad edilmiş ərazilərə böyük qayıdış dövlət proqramı” çərçivəsində 2026-cı ilə qədər 140 000 insanın Qarabağa qayıdacağı gözlənilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyulun 21-də Şuşa şəhərində qlobal media forumunda çıxışı zamanı Əliyev qeyd edib ki, hal-hazırda Azərbaycan hökuməti 30-dan çox şəhər və kəndin əsas planlarını təsdiqləyib, bir çox kəndlərin təməli artıq qoyulub.
“Önümüzdəki üç il ərzində biz 150 000-dən çox insanı həm Qarabağa, həm də Şərqi Zəngəzura qaytaracağıq. İndi biz, necə deyərlər, işlərin hazırlıq mərhələsindəyik, çünki layihələşdirmə və tender prosedurları çox vaxt aparır. Əminəm ki, keçmiş məcburi köçkünlər bunu başa düşürlər.
2026-cı ilə qədər təkcə Qarabağ bölgəsinə 140 min insanın qayıtması gözlənilir. Artıq ümid edirəm ki, gələn il ilk sakinlər gəlib Şuşa şəhərində məskunlaşacaqlar.
Biz həqiqətən də 30 il ərzində fiziki və mənəvi baxımdan ziyan görən insanlar üçün ən yaxşı şəraiti təmin etmək istəyirik”, - deyə Əliyev bildirib.
Azərbaycan Prezidentinin sözlərinə görə, hökumətin qarşısında duran vəzifə, ilkin mərhələdə 8 şəhər və 100-ə yaxın kəndin yenidən qurulmasıdır. “Böyük Qayıdış Proqramı” çərçivəsində infrastruktur və şəhərsalma üzrə ilin sonuna qədər proqnozlaşdırılan xərclər təxminən 7 milyard dollar təşkil edəcək.
“İşğaldan əziyyət çəkən bir milyon insan öz ata-baba yurdlarına qayıtmalıdır. Buradaca qeyd edim ki, biz bərpa işlərinə başlamazdan əvvəl keçmiş məcburi köçkünlər arasında onların öz dədə-baba yurdlarına qayıtmaq niyyətində olub-olmadığını öyrənmək üçün qeyri-formal sorğu keçirdik. Sevindirici hal odur ki, məcburi köçkünlərin böyük əksəriyyəti bu suala müsbət cavab verib”, - deyə İlham Əliyev bildirib.
Azərbaycan və Ermənistan Dağlıq Qarabağda iki müharibə aparıblar - 1990-cı illərdə və 2020-ci ilin payızında. 2020-ci ildə hər iki tərəfdən 6500-dən çox əsgərin həyatına son qoyan altı həftəlik müharibə Rusiyanın vasitəçiliyi ilə başa çatıdı. Müqaviləyə əsasən, Ermənistan onilliklər ərzində nəzarət altında saxladığı ərazilərin bir hissəsini təhvil vermək məcburiyyətində oldu. Şuşa şəhəri də 1992-ci ildən, ikinci Qarabağ Müharibəsinədək ermənilərinin nəzarəti altında idi.