36 ölkə Gürcüstan hökumətini rus qanununu ləğv etməyə çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

BMT İnsan Haqları Şurasının 56-cı sessiyasında Litva 36 ölkə adından Gürcüstanda qəbul edilən “xarici agentlər” haqqında rus qanunu ilə bağlı narahatlığını bildirib və bunu insan hüquqlarına ciddi təhdid kimi qiymətləndirib.

36 ölkə Gürcüstan hökumətini rus qanunu ləğv etməyə, etirazçılara hədə-qorxu gəlməyi dayandırmağa, vətəndaş cəmiyyətini, toplaşmaq və birləşmək azadlığını qorumağa çağırır.

“Biz Ali Komissarın öz qlobal hesabatında Gürcüstanda baş verən son hadisələr və xüsusilə “xarici təsirin .əffaflığı” qanununun qəbulu ilə bağlı hadisələrlə əlaqədar ifadə etdiyi narahatlığı bölüşürük. Bu qanun Gürcüstanda vətəndaş cəmiyyətinə, insan haqlarına və qanunun aliliyinə ciddi təhlükə yaradır.

Qanun medianın, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti təşkilatlarının səslərini boğmaq üçün onların işinə zəiflədici təsir göstərmək məqsədi daşıyır.

Qanun gürcü xalqının böyük bir hissəsinin narahatlığına məhəl qoyulmadan və beynəlxalq ictimaiyyətin dəfələrlə müraciətlərinə, o cümlədən Venesiya Komissiyasının qanunvericiliyə xələl gətirməkdən çəkinməyi diktə edən ətraflı hüquqi arqumentlərinə baxmayaraq, yenə də, qəbul edilib.

Biz Gürcüstan hökumətini “xarici təsirin şəffaflığı qanununu” ləğv etməyə, qanuna qarşı çıxanlara qarşı hədə-qorxu kampaniyasına son qoymağa, ifadə, birləşmə və dinc toplaşma azadlığını qorumağa çağırırıq.

Vətəndaş cəmiyyəti hesabatlılığın, həqiqi şəffaflığın və zərərli təsirlərə qarşı dayanıqlılığın təmin edilməsinə kömək edən demokratiyanın dayağıdır.

Biz Gürcüstan hökumətini qanuna tabe olan dinc etirazçılara qarşı bütün növ gücdən istifadə aktlarını tam dayandırmağa və şəffaf şəkildə istintaq aparmağa, etirazçıların, vətəndaş cəmiyyətinin və ya müxalifət fəallarının, jurnalistlərin və digər media işçilərinin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə və ölkədə həddindən artıq qütbləşməyə səbəb ola biləcək ritorikadan çəkinməyə çağırırıq.

Vətəndaş cəmiyyəti liderlərinə və başqalarına qarşı təşkil edilmiş böhtan, hədə-qorxu və fiziki zorakılıq kampaniyası qəbuledilməzdir və dayandırılmalıdır”, - birgə bəyanatda deyilir.

Rus qanunu ilə bağlı Gürcüstan hakimiyyətinə aşağıdakı ölkələr müraciət edir:

  1. Albaniya
  2. Litva
  3. Avstriya
  4. Lüksemburq
  5. Belçika
  6. Malta
  7. Bolqarıstan
  8. Monako
  9. Kanada
  10. Monteneqro
  11. Xorvatiya
  12. Hollandiya
  13. Kipr
  14. Norveç
  15. Çexiya
  16. Polşa
  17. Danimarka
  18. Portuqaliya
  19. Estoniya
  20. Rumıniya
  21. Finlandiya
  22. Sloveniya
  23. Fransa
  24. İspaniya
  25. İsveç
  26. Almaniya
  27. Yunanıstan
  28. İsveçrə
  29. Ukrayna
  30. İslandiya
  31. İrlandiya
  32. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
  33. İtaliya
  34. Amerika Birləşmiş Ştatları
  35. Latviya
  36. Lixtenşteyn
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur