Parlament müxalifəti “xarici agentlər” haqqında rus qanununu Konstitusiya Məhkəməsinə şikayət edirlər. Deputatlar şikayəti bu gün, iyulun 29-da daxil ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rus qanunu Gürcüstan Konstitusiyasını pozur, demokratiyaya xələl gətirir və biz hesab edirik ki, bunu Konstitusiya Məhkəməsində mübahisələndirmək bizim konstitusiya borcumuzdur”, - müstəqil deputat Tamar Kordzaia deyib. O, əmindir ki, Konstitusiya Məhkəməsi Konstitusiyanın 78-ci maddəsini yerinə yetirmək öhdəliyini nəzərə alacaq və rus qanununun icrasını dayandırmaq üçün müvəqqəti tədbir görəcək:
“Biz Konstitusiyanın 78-ci maddəsi ilə bağlı bütöv qanunu şikayət edirik, lakin birinci mərhələ ondan ibarətdir ki, biz bu qanunun icrasının dayandırılmasını istəyirik”. Seçkilərə qədər bu qanunun icrası dayandırılmalıdır, əks halda ölkəyə geri dönüşü olmayan ziyan dəyə bilər. Qanunun tam icrası, sanksiyaların tətbiqi sentyabrın 3-dən başlayır. Ona görə də hesab edirik ki, bundan əvvəl sessiya keçirilməli və orada dayandırma məsələsi müzakirə olunmalıdır”.
Konstitusiya şikayətini 38 deputat imzalayır. Onlardan biri olan “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçavanın sözlərinə görə, o, məhkəmənin “siyasi sifarişlərə” tabe olmayacağını gözləmir.
“Rus qanunu bir sıra beynəlxalq norma və standartları pozması ilə yanaşı, Gürcüstan Konstitusiyasına da ziddir. Xüsusilə, bu, Konstitusiyanın 78-ci maddəsi ilə ziddiyyət təşkil edir, hansı ki, bütün dövlət qurumları və institutlarını ölkənin Avro-Atlantik strukturlarına qoşulmaq üçün öz səlahiyyətləri daxilində hər şeyi etməyə borclu qılır, İvanişvilinin partiyası isə rus qanununu qəbul etməklə ölkəmizin Avropa İttifaqına üzvlük yolun bağlayır. Konstitusiya Məhkəməsinin dəfələrlə, o cümlədən prezident Zurabişviliyə qarşı impiçment məsələsində etdiyi kimi, siyasi sifarişi, siyasi konyukturanı rəhbər tutmayacağı barədə heç bir gözləntimiz yoxdur. Bununla belə, rus qanununa qarşı çıxmaq üçün, bütün hüquqi və konstitusiya rıçaqlarından istifadə etmək üçün müxalifətin birləşməsini düzgün və məqsədəuyğun hesab edirik. Konstitusiya Məhkəməsi bu şansdan istifadə edib Konstitusiyanın və gürcü xalqının tərəfində durmasa, gürcü xalqı oktyabrın 26-da bu şansdan istifadə edəcək və öz seçimi ilə rus qanununu ləğv edəcək.
Beləliklə, bu, Konstitusiya Məhkəməsi üçün sentyabrın 3-nə qədər möhlət vermək və hakimiyyətə ölkəmizin Avropa gələcəyini sabotaj edən bu mənfur qanununu icra etmək imkanı verməmək şansıdır”, - Bokuçava bildirib.
“Xarici təsirin şəffaflığı haqqında” qanunun və onun ayrı-ayrı normalarının Konstitusiyanın altı maddəsinə, o cümlədən ölkənin “Avropa və Avro-Atlantik strukturlara inteqrasiyası”nı nəzərdə tutan 78-ci maddəsinə zidd olduğunu hesab edən Gürcüstan prezidenti Salome Zurabişvili rus qanununa qarşı Konstitusiya Məhkəməsinə müraciət edib. Prezidentin şikayətində qeyd olunur ki, xaricdən maliyyələşmə məntiqi olaraq maliyyə alanın “xarici təsir” altında olmasını nəzərdə tutmur və vətəndaş cəmiyyəti təşkilatlarına və kütləvi informasiya vasitələrinə qarşı məhdudlaşdırıcı tədbirlərə haqq qazandırmaq üçün kifayət etmir, xüsusən də belə maliyyələşdirmə Gürcüstanın üzvü olduğu və ya üzvü olmağa can atdığı beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilisə.
Qeyri-hökumət təşkilatları və medialar da rus qanunu Konstitusiya Məhkəməsinə şikayət edərək onun icrasının dayandırılmasını tələb ediblər. Onların bildirdiyinə görə, eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinə təqdim edilməsi üzrə şikayət hazırlayırlar.