İnformasiya Azadlığının İnkişafı İnstitutunun (“IDFI”) araşdırmasına görə, 2020-2022-ci illərdə 394 icra hakimiyyəti məmuru və ya onların ailə üzvləri 27,8 milyon lari dəyərində hədiyyələr əldə ediblər. Hökumətdə ən çox hədiyyələri hüquq-mühafizə orqanlarının əməkdaşları və Xarici İşlər Nazirliyinin məsul şəxsləri alıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xarici işlər nazirinin müavini Xatuna Totladze 2020-2022-ci illərdə nənəsi və anasından 1 milyon 359 min 416 lari hədiyyə alıb.
2020-2021-ci illərdə həmin nazirliyin qonşu ölkələr üzrə şöbəsinin müdiri Liana Lataria valideynlərindən 804 765 lari dəyərində hədiyyə alıb.
2020-ci ildə Müdafiə Nazirliyinin Keyfiyyətə Nəzarət və Tikintiyə Nəzarət İdarəsinin rəisi atasından hədiyyə olaraq 200 min dollar dəyərində daşınmaz əmlak alıb;
Gəlirlər Xidmətinin rəis müavininin həyat yoldaşı valideynlərindən hədiyyə olaraq 450 min lari dəyərində daşınmaz əmlak alıb.
2020-2022-ci illərdə Ekologiya Nazirliyinin Hidromeliorasiya və Torpaqların İdarə Edilməsi Departamentinin rəis müavini Teymuraz Paiçadze valideynlərindən hədiyyə olaraq 230 min ABŞ dolları və 5400 ABŞ dolları və 15500 lari dəyərində torpaq sahələri alıb.
2022-ci ildə Ekoloji Nəzarət Departamentinin rəhbəri Levan Jğarkavanın valideyni ona daşınmaz əmlakın satışından əldə etdiyi 140 min ABŞ dolları məbləğində vəsaiti hədiyyə edib.
Baş Prokurorluğun prokuroru anasından hədiyyə olaraq 110 min ABŞ dolları alıb;
2020 və 2021-ci illərdə Gürcüstan Mədəniyyət Nazirliyinin Daxili Audit Departamentinin rəhbəri hər il valideynlərindən hədiyyə olaraq 50 000 ABŞ dolları alıb.
Əhəmiyyətli pul hədiyyələri alan məmurlar arasında 2020-2021-ci illərdə valideynlərinin hər il 150 min lari (ümumilikdə 300 min lari) verdiyi Gürcüstanın baş nazirinə də rast gəlirik. Bəyannamədə qeyd olunan məbləğin valideynlərin əmanətləri olduğu qeyd edilsə də, “IDFI” qeyd edir ki, qeyd olunan əmanətlərin mənşəyi aydın deyil.
Məmurlar hədiyyələrin 90%-ni (25,1 milyon) ailə üzvlərindən/yaxın qohumlarından, 8%-ni (2,1 milyon) hədiyyə qəbulu qanunla məhdudlaşdırılan qohumlarından, qalan 2%-ni (0,6 milyon) isə dostlardan, işdən və digər mənbələrdən alıblar.