7-9 mart aksiyasının iştirakçısı polisə “Molotov kokteyli” atmaq ittihamı ilə həbs edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

foto: Irakli Gedenidze / Reuters

Daxili İşlər Nazirliyi 7-9 mart tarixlərində keçirilən etiraz aksiyaları zamanı polisə hücum etmək və Daxili İşlər Nazirliyinə məxsus avtomobili yandırmaq ittihamı ilə 21 yaşlı Lazare Qriqoriadisini həbs edib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla müəyyən olunub ki, bu il martın 7, 8, 9-da Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyası zamanı L.Q polis əməkdaşlarına daş və eyni adlı “molotov kokteylli” atıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıblar. O,  həmçinin, Daxili İşlər Nazirliyinə məxsus avtomobilə də od vurub. Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 353-cü prima və 187-ci maddələri ilə istintaq aparılır.

Nazirlik açıqlamasında qeyd edir ki, Lazare Qriqoriadisi əvvəllər polisin qanuni tələbinə tabe olmadığına görə cərimələnib və o, həmçinin Cinayət Məcəlləsinin 11 Prima 120 və 11 Prima 187-ci maddələri ilə ittiham olunur və hal-hazırda sorğulanır.

DİN-in Qriqoriadisinin əvvəllər də cərimələnməsi və hal-hazırda sorğulanması ilə bağlı yaydığı məlumata gəlincə, saxlanılan şəxsin babasının dediyinə görə, onun nəvəsi 2020-ci ildə parlament seçkilərindən sonra MSK qarşısında  keçirilən aksiyada polisin qanuni tələbinə tabe olmadığı üçün həbs edilib. Cinayət Məcəlləsi ilə nəzərdə tutulan cinayət ittihamı haqqında baba nəvəsi ilə atasının bir yerdə yaşamadığını, atansın bir neçə dəfə onların evinə soxulduğunu, nəvənin münaqişə zamanı özünü müdafiə etdiyini və ataya xəsarət yetirdiyini deyir.

Nazirlik bildirir ki, polisə hücum edən və digər qanun pozuntularına yol vermiş bütün şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

7-9 mart tarixlərində “xarici təsir agentləri” haqqında rus qanunun qəbuluna qarşı parlamentin önündə minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilib və bu aksiyalar Daxili İşlər Nazirliyi tərəfindən xüsusi təyinatlılar vasitəsilə dağıdılıb. Hökumət dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən kütləvi şəkildə istifadə edib. Xüsusi təyinatlıların əməkdaşları aksiya iştirakçılarına fiziki təzyiq göstəriblər.

Martın 8-nə keçən gecə aksiya iştirakçılarının amansızcasına dağıdılmasından sonra nümayişçilər və xüsusi təyinatlılar arasında qarşıdurma yaşanıb. Nümayişçilər onların maşınlarına daş atıblar. Parlamentin yaxınlığındakı küçələrdə polis maşınlarını zədələyərək yandırıb, parlament binasının şüşələrini sındırıblar.

Polis xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmama səbəbi ilə 133 vətəndaşı inzibati qaydada həbs edib. Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə aksiyanın bir iştirakçısı, polisə hücum etməkdə təqsirli bilinərək həbs edilmişdi.

Etirazlar və beynəlxalq təzyiqlər nəticəsində “Gürcü Arzusu” rus qanununu rədd etmək məcburiyyətində qaldı və martın 9-daki ikinci dinləmədə onu ləğv  etdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur