Yeddi müxalifət partiyası “Gürcü Arzusu”nun “xarici agentlər haqqında” rus qanununu qeyd-şərtsiz geri götürməsini tələb edir. Onların birgə bəyanatında bildirilir ki, hakim partiya Gürcüstan cəmiyyətini və beynəlxalq tərəfdaşları aldatmağa çalışır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü Arzusu” nümayəndələrinin rus qanununa kosmetik dəyişikliklər edilməsi və bu anti-dövlət, anti-konstitusiya, anti-Avropa təşəbbüsünün bəzədilməsi ilə bağlı ictimai bəyanatları birləşmiş və güclü Gürcüstan cəmiyyətini və beynəlxalq tərəfdaşlarımızı çaşdırmaq cəhdidir.
İvanişvilinin bu rus tipli təşəbbüsü ilə əhalimizin böyük bir hissəsi psixoloji və fiziki terrorun qurbanına çevrildi, təkcə dövlət tərəfindən təşkil edilmiş cinayətkar qruplar deyil, həm də Daxili İşlər Nazirliyinin polis bölmələri də qanunun əleyhdarlarına qarşı terrorda iştirak edirlər.
İvanişvili siyasi repressiyaları xalqımızın gündəlik həyatına çevirib, Gürcüstanın beynəlxalq imicinə artıq ciddi zərbə vurulub, Avropa və Avroatlantik gələcəyimiz hücuma məruz qalıb. Buna görə də,
biz, demokratik müxalifət, rus qanununun gözəlləşdirilmiş variantını qəbul etməyəcəyik, bu qanun təkmilləşdirməyə tabe deyil və qeyd-şərtsiz geri götürülməlidir. Gürcüstanın Avropa gələcəyi üçün biz rus qanununa və rus rejiminə qarşı birləşmiş vahid mübarizəmizi davam etdiririk”, - “Lelo”, “Axali”, “Strategiya Ağmaşenebeli”, “Droa”, “Qirçi Daha Çox Azadlıq”, “Respublikaçılar Partiyası” və “Vahid Milli Hərəkat”ın imza atdığı bəyanatda deyilir.
Mayın 13-də parlamentdə “Gürcü Arzusu”nun rus qanununun üçüncü oxunuşunun keçirilməsi planlaşdırılır. Hakim partiya qanunu mayın 14-də keçiriləcək plenar iclasda qəbul etmək niyyətindədir.
Baş nazir İrakli Kobaxidzenin dediyi kimi, mayın 14-dən 28-dək olan müddətdə veto proseduru çərçivəsində qanunla bağlı mövqeləri uzlaşdırmaq olar. Jurnalistin “Gürcü Arzusu” qanun layihəsində dəyişiklik etməyə hazırdırmı sualına Kobaxidze belə cavab verib: “Əlbəttə. Yoxsa, müzakirənin mənası nədir. Biz hüquqi göstərişlər alacağıq və söhbət bununla razılaşmaqdan gedir”.
3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyası bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media heç bir halda “ləyaqət alçaldıcı reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb.