24 oktyabr 2023-cü il tarixi ilə 776 375 subyektin məlumatları “Sahibkarlar haqqında” yeni qanunun tələblərinə uyğun gəlmir. Dövlət reyestr agentliyi məlumatı parlamentin üzvü Mixeil Sarjveladzeyə təqdim edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2022-ci il yanvarın 1-dək qeydiyyatdan keçmiş bütün sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri 2024-cü il yanvarın 1-dək öz qeydiyyat məlumatlarını yeni qanunun tələblərinə uyğunlaşdırmağa məcburdurlar. Bu müddət bitdikdən sonra subyektə əlavə üç aylıq müddət veriləcək. Subyekt bu müddət ərzində qeydiyyat məlumatlarını qanunun yeni tələblərinə uyğunlaşdırmasa, onun qeydiyyatı ləğv edilmiş hesab ediləcək.
Milli Dövlət Reyestri Agentliyinin məlumatına əsasən, 24 oktyabr tarixilə 16.667 subyekt yeni qanunun tələblərinə uyğun qeydiyyatdan keçib, 776 375 subyekt isə məlumatları müəyyən edilmiş tələblərə uyğunlaşdırmayıb. Bunlardan məhdud məsuliyyətli cəmiyyətlər - 288 191; səhmdar cəmiyyəti - 2 691; komandit cəmiyyət – 153; Ortaq Məsuliyyətli Cəmiyyət – 2 846; Kooperativ – 4 192; Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs – 27 929; publik hüquqi şəxs - 47; Fərdi sahibkar - 448 378; Xarici müəssisənin filialı – 1761; Xarici sahibkar olmayan hüquqi şəxsin filialı - 186.
Bu gündən sahibkarların və qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin reyestrində aşağıdakılar qeydiyyata alınıb:
- Məhdud Məsuliyyətli Cəmiyyət – 333 927;
- Səhmdar cəmiyyəti – 2977;
- Komandit cəmiyyət – 157;
- Ortaq Məsuliyyətli Cəmiyyət – 2 855;
- Kooperativ – 4 341;
- Qeyri-sahibkar (qeyri-kommersiyonal) hüquqi şəxs – 30 443;
- Publik hüquqi şəxs - 54;
- Fərdi sahibkar – 551 417;
- Xarici müəssisənin filialı – 1 899;
- Xarici sahibkar olmayan hüquqi şəxsin filialı – 205;
2022-ci il yanvarın 1-dən Gürcüstanın “Sahibkarlar haqqında” yeni Qanunu və sonrakı qanunvericilik dəyişiklikləri, o cümlədən Gürcüstanın Mülki Məcəlləsinə edilən düzəlişlər qüvvəyə minib. Müəssisələrin təşkili, yaradılması və qərarların qəbulu məsələləri yeni qaydada qurulmuşdur. Qeyd olunan dəyişikliklər həm qurumların təsis sənədlərinin məzmun tərəfinə, həm də qeydiyyat məlumatlarına dair formal tələblərə aiddir. Müvafiq olaraq, qurumlar təsis sənədlərini və qeydiyyat məlumatlarını yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırmağa borcludurlar. Bu prosedur 1 iş günü ərzində həyata keçirildikdə dövlət reyestrinin xidmət haqqı 200 lari, sürətləndirilmiş xidmət zamanı isə 400 lari təşkil edir. Bundan əlavə, qeydiyyat üçün təqdim olunmuş sənəddə tərəflərin imzaları reyestrdə təsdiqlənərsə, qeydiyyat rüsumuna 7 lari əlavə edilir.