8 iyul, 5 iyulda qoyulan tabuta vurulacaq son mismar olacaq - Morqoşiya

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Sizə birbaşa deyəcəyəm, 8 iyul həm də böyük məzmunlu gündür və 5 iyuldan  heç də geri qalmayacaq. 8 iyul, 5 iyulda qoyulan tabuta vurulacaq son mismar olacaq”, – Rusiyayönümlü, zorakı və homofob “Mühafizəkarlar Hərəkatı/Alt-İnfo” partiyasının lideri Konstantine Morqoşianı “Qürur” festivalı ilə bağlı hədələr səsləndirir.

Sabah, iyulun 8-də “Tbilis Qürur” həftəsi çərçivəsində, qapalı ərazidə Tbilisidə LGBTQ+ icmasının üçüncü ildirki keçirdiyi “Qürur” festivalı keçiriləcək. Tədbirin təşkilatçılarının sözlərinə görə, radikal qruplar qəsdən ictimaiyyəti çaşdıraraq, guya küçələrdə gey-parad olacağı barədə yalan məlumat yayırlar.

“Alt İnfo” bu il də festivala qarşı aksiya elan edib. Partiyanın lideri Qiorqi Kardavanın dediyi kimi, onların əsas tələbləri festivalın ləğvi və “cəmiyyət bu problemi hər il aksiya və mitinqlərlə həll etməli olmasın” deyə müvafiq qanun layihəsinin qəbulu olacaq.

Bunla, aksiyanın maliyyələşdirilməsi üçün açılan bank hesabları “Sakartvelo Bank” və “TBC” Bank tərəfindən bloklanıb. Söhbət zorakı qruplaşmanın liderlərindən biri olan Zurab Maxaradzenin hesabından gedir. Maxaradzenin sözlərinə görə, hesabların bloklanmasına baxmayaraq, tərəfdarların bölgələrdən daşınmasını təmin etmək üçün artıq kifayət qədər məbləğ toplanıb.

 “Qürur həftəsi”, “Sevgini məğlub edə bilməzsən” şüarı ilə 2-8 iyul tarixlərində keçirilir. Onun təşkilatçısı “Tbilisi Pride”dir. İyulun 2-də, həftənin açılış mərasimində icma üzvləri və tərəfdarlarla yanaşı, diplomatik korpus nümayəndələri də iştirak ediblər. Tədbirdə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miatoviç sözlü çıxış edib. İyulun 6-da beynəlxalq LGBTQ+ konfransı keçirilib və festival əvvəlcədən qeydiyyatdan keçmiş qonaqların iştirak edəcəyi həftənin yekun tədbiridir.

“Heç bir küçə yürüşləri keçirilmir. Festival qeydiyyatdan keçmiş qonaqlar üçün özəl, qapalı ərazidə keçirilir. O, təhsil, mədəni və sosial xarakter daşıyır.

Komandamız artıq aylardır ki, beynəlxalq tərəfdaşları da cəlb etməklə Daxili İşlər Nazirliyi ilə danışıqlar aparır. Festivalın qorunacağına dair möhkəm təminatlarımız var. Festivala kviar icmasının üzvləri ilə yanaşı, dəstəkçilərimizi, diplomatik korpuslarımızı və beynəlxalq tərəfdaşlarımızı da gözləyirik. Təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq, əraziyə yalnız yetkin qonaqlar buraxılacaq”, - təşkilatçıların yaydığı məlumatda deyilir.

“Tbilisi Pride” üç il əvvəl baş vermiş zorakılıq hadisələrindən sonra yürüş keçirməkdən imtina edib. 5 iyul 2021-ci il tarixində Patriarxlığın, “Alt-İnfo”nun və müxtəlif homofob qrupların çağırışı ilə “Ləyaqət marşı”na qarşı aksiya keçirilib. Onlar aksiya zamanı paytaxtın mərkəzində qrup halında jurnalistlərə hücum edib, onları döyüb, təchizatlarını sındırıblar. 53 jurnalist, operator və fotoqraf zorakılığın qurbanı olub. Onlardan bir neçəsi ağır yaralanıb və onlara tibbi yardım lazım olub. Onların arasında “Utanc” hərəkatının ofisində homofob qrup tərəfindən döyülən “Pirveli” teleşirkətinin operatoru 36 yaşlı Aleksandre Laşkarava da olub. Laşkarava xəstəxanadan buraxıldıqdan sonra, iyulun 11-də dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları iyulun 5-də zorakılığa təşkilatçılıq etdiyinə görə heç kəsi həbs etməyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur