Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani jurnalisti Gürcüstan Milli Elmlər Akademiyasının yeni seçilmiş prezidenti Roin Metreveli haqqında hazırladığı sujetə görə tənqid edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“83 yaşlı bir insanla belə rəftar etməyiniz, edə biləcəyiniz ən qürurverici şey deyil. Qalan hər şey ikinci dərəcəlidir”, - İoseliani Facebook-da yazıb.
Xalq Müdafiəçisinin şərh etdiyi süjeti jurnalist Beka Korşia hazırlayıb və iyunun 11-də “Mtavari Arkhi” televiziya şirkətinin efirində yayımlanıb. Jurnalist Roin Metreveli ilə telefonla əlaqə saxlayıb, özünü Baş Nazir Aparatının müşaviri kimi təqdim edib və İrakli Ğaribaşviliyə akademik statusunun verilməsini istəyib və Metreveli cavab verib ki, baş naziri “100% dəstəkləyəcək”.
Telefon müsahibəsindən hissələr:
“Jurnalist (uydurma ad və soyadla – “Aka Mamatsaşvili”): “Sizinlə baş nazir aparatının müşaviri, Aka Mamatsaşvili əlaqə saxlayır. Sizinlə əlaqə saxlamağı məndən administrasiyanın rəhbəri Revaz Cavelidze xahiş etdi. İlk öncə sizi belə məsul vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirəm. Sizdən başqa kim olasıdır? Bir sözlə, sizi niyə narahat edirəm: Cənab Roin, bu günlərdə cənab İrakli ilə qeyri-rəsmi mühitdə görüşdük və zaraft-zarafata belə bir fikir yarandı... Cənab İrakli əvvəlcə bir az qeyri münasib hiss etdi... Bilirsiniz, ictimaiyyətdə bir az fərqli görünür, lakin o, təvazökar bir insandır və bu mərhələdə çox vacib bir layihə üzərində işləyir. Mən bu müəllifi heç tanımırdım - Edmund Burke, siz bilərsiniz, mühafizəkarlıq haqqında... Bir sözlə, vaxt tapanda, ümumiyyətlə, əgər varsa, bu mövzularda işləyir və belə bir xahişimiz var, ona akademik statusu verə bilərikmi, bu nə qədər mümkün ola bilər?
Roin Metreveli: Burke?
Jurnalist: yox, Burke yox. Cənab İrakliyi nəzərdə tuturdum. Konfranslara getdiyi üçün, çox faydalı olardı. Bu nə dərəcədə mümkün olar? Həm də bu, ictimailəşdirilməyəcək. Bu, yalnız dar bir dairədə olacaq və heç kim bilməyəcək, xüsusən də media, əks halda sonradan bu barədə danışmağa başlayacaqlar. Bu nə qədər mümkün olar?
Roin Metreveli: Hesab edin ki, cənab İrakli üçün bunu edə bilərik. Ümumiyyətlə istəyirəm ki, siz də biləsiniz, Cavelidzeyə də deyin və mənim cənab İrakli ilə də söhbətim olub ki, Akademiya onu tam dəstəkləyir və biz hər şeyə hazırıq. Amma gəlin ikinci dediyiniz barədə fikirləşək: bunu ictimailəşdirməmək bir az çətindir.
Jurnalist: Bir az çətindir, bilirsiniz , bu müxalifət mediası pusqudadır…
Roin Metreveli: Prinsipcə, bəlkə bu barədə cənab İrakli də düşünsün, mən də düşünəcəyəm. İndi. o ki mənə zəng etmisiniz, bəlkə cənab Rezoya [Revaz Cavelidzeyə] də deyəsiniz ki... Mən işə hələ bu gün başladım, məni təbrik etdiyiniz üçün çox sağ olun. Gələn həftə, əgər vaxt tapsa, 5 dəqiqə, qeyd edək ki, cənab İrakli Elmlər Akademiyasının prezidentini qəbul edib... İş üçün ölkənin baş nazirinin Elmlər Akademiyasının prezidentini qəbul etməsi lazımdır. Bir şeyi bilin ki, cənab İraklinin tərəfimizdən 100% dəstəyi olacaq. Əlimdən gələn hər şeyi edəcəm, amma bir şeyi nəzərə alın, bax, o, ikinci hissə haqqında bir az fikirləşək, baxaq necə daha yaxşıdır. Siz necə desəniz elə edək, o haqda heç bir problemim yoxdur. Bilirsiniz nədən qorxuram? Qorxuram ki, yaxşı iş görməyək. Hesab edin ki, akademiya sizinlədir. Siz də düşün, mən də düşünəcəyəm. Mən cənab Rezo ilə də görüşüb eyni şeyi ona da deyəcəyəm ki, o da bu barədə düşünsün. Akademiyanın qeyd-şərtsiz hökumətin və hakimiyyətin tərəfində olduğunu bütün səviyyələrdə onlara çatdıra bilərsiniz”.
Roin Metreveli 5 il sözügedən vəzifəni müddətinə tutub. “Ümumi Yığıncaqda səs çoxluğu ilə Akademiyanın prezidenti, görkəmli alim, tarixçi, görkəmli ictimai xadim, təhsil və elm sahəsində misilsiz təşkilatçı, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Roin Metreveli seçilib”, - Akademiyanın iyunun 7-də yaydığı bəyanatda deyilir.
Tarixçi Roin Metreveli Sovet İttifaqı dövründə, 1960-1972-ci illərdə Kommunistlər İttifaqında və partiyada yüksək vəzifələrdə çalışıb. 1972-1986-cı illərdə Gürcü Ensiklopediyasının baş redaktorunun müavini, 1986-1989-cu illərdə Tbilisi A. Puşkin Pedaqoji İnstitutunun rektoru, 1990-1991-ci illərdə Gürcüstan Respublikası birinci çağırış Ali Sovetinin üzvü, “Gürcüstan Vahid Kommunist Partiyası” seçki blokundan, 1991-2004-cü illərdə Tbilisi Dövlət Universitetinin rektoru. Roin Metreveli 1993-cü ildə Gürcüstan Elmlər Akademiyasının akademiki seçilib.
Konstitusiya Məhkəməsi 22 fevral 2018-ci il tarixli qərarı ilə yaşı 70-dən yuxarı olan şəxslərin Elmlər Akademiyasının prezidenti və vitse-prezidenti seçilməsinə qoyulan qadağanı konstitusiyaya zidd hesab edib.