Hökumət artmaqda olan anti-Qərb ritorikasından əl çəksə və insan haqları vəziyyətindəki geriləməni dayandırsa, Birləşmiş Ştatlar Gürcüstan üçün hərtərəfli iqtisadi və təhlükəsizlik dəstək paketini nəzərdən keçirəcək. Bu barədə “Politico” nəşri yazır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü və Helsinki Komissiyasının sədri, Cənubi Karolina ştatından respublikaçı konqresmen Co Vilson tərəfindən bu həftə Konqresə təqdim edilən qanun layihəsi “MEGOBARI Act” adlanır (Hesabatlılığın, Davamlılığın və Müstəqilliyin Qurulması üçün Gürcüstanın Bacarıqlarını Səfərbər Etmək və Gücləndirmək Haqqında Akt).
Helsinki Komissiyası “X” sosial şəbəkəsində “Biz gürcü xalqının yanındayıq” yazıb.
Qanun layihəsinin şərtlərinə görə, Gürcüstan əsas siyasi kriteriyalara cavab verərsə, ABŞ Gürcüstanla “güclü güzəştli ticarət rejimi” açmaq üçün danışıqlara başlayacaq.
Qanun layihəsi Amerika bazarlarına çıxışın yaxşılaşdırılması ilə yanaşı, Gürcüstan vətəndaşları üçün viza rejiminin götürülməsini də nəzərdə tutur.
O, həmçinin rəsmilərə Gürcüstana “Rusiya təcavüzünə qarşı ərazi müdafiəsi üçün ideal təhlükəsizlik və müdafiə avadanlığı və müşayiət olunan təlim, texniki dəstək və əməliyyatlara dəstək elementləri” daxil olan hərbi dəstək paketi hazırlamağa göstəriş verir.
Bununla belə, proqram ABŞ “Gürcüstanın demokratiyanın möhkəmləndirilməsində əhəmiyyətli və davamlı irəliləyiş nümayiş etdirib, bunu ən azı mahiyyətcə ədalətli və azad seçkilər, balanslaşdırılmış seçkiqabağı mühiti yaratdığını” göstərdiyini təsdiq etdikdə işə düşəcək.
Co Vilson Gürcüstanda baş verən hadisələrə cavab olaraqikinci qanun layihəsini təqdim edəcək. Bu layihədə Gürcüstan hökumətinin rəsmilərinə və “Gürcüstanda demokratiyaya, insan haqlarına və ya təhlükəsizliyə xələl gətirməkdə və ya ziyan vurmaqda maddi məsuliyyət daşıyan digər şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. “Politico”nun məlumatına görə, qanun layihəsi “rus tipli xarici agentlər qanunu”nun qəbulunda məsuliyyət daşıyan siyasətçilər və onların ailə üzvlərinə viza qadağasının tətbiqini ehtiva edir. Hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin əməkdaşları da sanksiyaların hədəfi olacaq.