ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin işini diqqətlə müşahidə edirlər və onun sağlamlıq vəziyyəti onlarda narahatlıq doğurur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyulun 24-də keçirilən brifinqdə jurnalist Metyu Millerə ABŞ-ın Gürcüstandakı beş keçmiş səfirinin Gürcüstan hökumətini Mixeil Saakaşvilinin həyatını xilas edən müalicə ilə təmin etməyə çağırdığı bəyanatı ilə bağlı sual verib.
“Yalnız onu deyəcəm ki, biz cənab Saakaşvilinin işini diqqətlə müşahidə edirik. Biz onun səhhətinə görə çox narahatıq. Biz Gürcüstan hökumətinə dəfələrlə açıq və özəl şəkildə bəyan etdiyimiz kimi, onun hüquqlarının qorunmasını təmin etmək üçün lazım olan tibbi yardımı göstərməsi hökumətin məsuliyyətidir. Biz bu işi çox yaxından izləməyə davam edəcəyik”, - Miller bildirib.
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib ki, Saakaşvilinin səhhəti ilə bağlı eyhamlar yanlış və qeyri-etikdir.
“Bu, ağılasığmazdır. Bu barədə nə deyəcəyimi bilmirəm. Adam məhbusdur, hətta həbsxanada da deyil. O, bütün bu müddət ərzində özəl klinikada, son dərəcə rahatlıqdadır. Video kadrlardan tibb işçilərinin ona münasibətini və əksinə, Saakaşvilinin tibb işçilərinə münasibətini gördünüz. Belə bir halda bəzi əlavə eyhamların edilməsi, bu, sadəcə olaraq yanlışdır, qeyri-etikdir. Adam məhbusdur, həbsxanada olmalıdır və hətta həbsxanada da deyil. Əgər bu şəxs əvvəlcə elan edilmiş aclıqla, sonra elan olunmamış aclıqla özünə zərər verirsə belə bir vaxtda bizə sağlamlıqla bağlı eyhamların edilməsi, bu, sadəcə olaraq yanlışdır. Saakaşvilinin özünə zərər verməsini həvəsləndirməyən bəyanatlar verilməlidir”, - Dövlət Departamentinin bəyanatı ilə bağlı jurnalistlərin sualına cavab verən Kobaxidze bildirib.
ABŞ-ın Gürcüstandakı keçmiş səfirləri Uilyam Kortni, Yan Kelli, Riçard Mayls, Con Teft və Kennet Yalovitz iyulun 10-da birgə bəyanat yayaraq Gürcüstan hökumətini həbsdə olan eks-prezident Mixeil Saakaşviliyə humanitar əsaslarla həyat xilasedici müalicə imkanı verməyə çağırıblar. Keçmiş səfirlərin fikrincə, Saakaşviliyə qarşı qəddar rəftarda məsul olan Gürcüstan liderləri və rəsmiləri ABŞ qanunlarına, prezidentə insan hüquqlarının pozulmasında və ya korrupsiyada təqsirli bilinən istənilən əcnəbiyə qarşı iqtisadi və viza sanksiyaları tətbiq etmək səlahiyyəti verən “Maqnitski Aktı” əsasında ciddi sanksiyalara məruz qala bilər. Bundan əlavə, bəyanatda vurğulanır ki, Gürcüstan və ABŞ hökumətləri arasında əməkdaşlıq, Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olması perspektivinə təhlükə yarana bilər.
6 il müddətinə azadlıqdan məhrum edilən Mixeil Saakaşvili 14 aydır ki, Xüsusi Cəzaçəkmə Xidmətinin podratçısı olan “Vivamed” klinikasındadır.