Amerika Birləşmiş Ştatlarının sanksiyaları səbəbindən Moskva birjası iyunun 13-dən ABŞ dolları və avro ilə ticarətini dayandırıb. Rusiya Mərkəzi Bankı banklarda xarici valyuta satmağın həmişə olduğu kimi mümkün olacağını iddia edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyunun 12-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Moskva birjasına qarşı sanksiyalar tətbiq edib. Rusiya valyuta bazarında dollar ticarətində vasitəçi kimi çıxış edən Milli Hesablaşma Depozitarisi və Milli Klirinq Mərkəzi də sanksiya siyahısına daxil edilib.
Rusiya Mərkəzi Bankı bəyan edib ki, son iki ildə Rusiya bazarında dollar və avronun rolu durmadan azalıb, may ayında Moskva birjasında aparılan ticarətdə Çin yuanının payı isə 54% olub. “Beləliklə, yuan artıq valyuta ticarətində əsas valyutaya çevrilib. Yuan/rubl məzənnəsi digər valyuta cütləri üçün trayektoriyanı təyin edəcək və bazar iştirakçıları üçün istinad nöqtəsinə çevriləcək”, - tənzimləyici bildirib.
ABŞ-ın yeni sanksiyaları həm Rusiyadan, həm də digər ölkələrdən olan 300-dən çox hüquqi və fiziki şəxsə şamil olunub.
“Rusiyanın müharibə iqtisadiyyatı beynəlxalq maliyyə sistemindən dərin təcrid olunub, buna görə də Kreml ordusu xarici aləmə çıxış üçün ümidsizdir. Bugünkü hərəkət [sanksiyalar] üçüncü ölkələrdən kritik təchizatdan asılılıq da daxil olmaqla, beynəlxalq material və avadanlıqların qəbulu üçün qalan kanalları vurur.
Biz Rusiyanın müharibə iqtisadiyyatında iştirak edən maliyyə institutları üçün riski artırırıq və yayınma yollarını aradan qaldırırıq, həmçinin Rusiyanın xarici texnologiya, avadanlıq, proqram təminatı və İT xidmətlərinə çıxış imkanlarını azaldırıq”, - ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.
Sanksiya olunmuş hüquqi şəxslərə Çin, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Serbiya, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Belarusiya və Britaniyanın Virgin adaları şirkətləri daxildir. “OFAC”ın məlumatına görə, onlar Rusiyaya indiyədək tətbiq edilən məhdudiyyətlərdən yan keçməyə kömək edirlər.