Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-ın Luqar Laboratoriyası və Milli Xəstəliklərə Nəzarət Mərkəzinə yardımının dayandırılmasına münasibət bildirib. Onun sözlərinə görə, hökumət Gürcüstanın uğurlarının bütün sahələrini “qəsdən və israrla” məhv edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Luqar Laboratoriyasının və amerikalı ekspertlərin, Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzlərinin (CDC), Milli Sağlamlıq İnstitutunun (NIH) vətəndaşlarımızın xilası və təhlükəsizliyinə verdiyi töhfə ölçülə bilməz. Təşəkkürdən başqa deyəsi bir şeyimiz yoxdur.
Ölkənin demoqrafik göstəricilərinin fəlakətli səviyyədə olduğu, yüz minlərlə insanın ölkəni tərk etdiyi bir vaxtda Amerika ilə belə mühüm əlaqəni kəsmək birbaşa ölkəyə xəyanətdir.
Dünyada artan yoluxucu epidemiya təhlükəsi fonunda Gürcüstan hökuməti cəsarət edir və bilərəkdən bütün laboratoriyaları və proqramları ekstremal vəziyyətə salır və bunsuz biz yaxınlaşan pandemiya qarşısında tam müdafiəsiz qalırıq. Burada söhbət təkcə puldan yox, həm də reputasiyaya xələl gətirməkdən, onilliklər boyu davam edən peşəkar əlaqələri kəsməkdən, iki ölkə arasında yaranmış inam və əməkdaşlığa arxa çevirməkdən gedir.
Eyni zamanda, ən qaranlıq vaxtlarda bizi pulsuz dərman, peyvənd, avadanlıqla təmin edən, köməyi ilə minlərlə vətəndaşımızın həyatını hepatit, QİÇS, donuz qripi və koviddən xilas edən dostumuzu, trəfdaşımızı təhqir edirik. Burada həm də bilik mübadiləsindən, təlimlərdən söhbət gedir ki, onlar olmadan sabahın yüksək səviyyəli peşəkarları yetişdirilə bilməz. Təcrid elmin düşmənidir! Çünki onlar Gürcüstanın qazandığı tanınma - etibarlı və bərabərhüquqlu tərəfdaşlığı təhlükə altına qoyurlar.
Sənin hökumətinin uğurlarımızın bütün sahələrini qəsdən və israrla məhv etməsi qəbuledilməzdir”, - Salome Zurabişvili bildirib.
Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze ABŞ-ın Luqar Laboratoriyası və Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) bir neçə layihəsinin maliyyələşdirilməsini dayandırması ilə bağlı yayılan məlumatı təsdiqləyib. Sarcveladzenin sözlərinə görə, söhbət təxminən 2 milyon laridən gedir.
Rus qanununun qəbulundan sonra ABŞ Gürcüstanla ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıb. İyulun 31-də dövlət katibi Entoni Blinken ABŞ-ın Gürcüstan hökumətinə birbaşa fayda verən 95 milyon dollardan çox yardımı dayandırdığını açıqlayıb. Məhz bundan sonra məlumat yayılıb ki, 95 milyon dollara Luqar Laboratoriyası və “NCDC” üçün ayrılan maliyyə daxildir.