ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən “Gürcü Arzusu”nun üzvlərinə, parlament deputatlarına, polis əməkdaşlarına və onların ailə üzvlərinə qarşı viza sanksiyaları tətbiq edib. Departamentin mətbuat katibi Metyu Millerin bugünkü brifinqdə verdiyi məlumata görə, söhbət 20-30 nəfərdən gedir. Bununla belə, Miller bunun sanksiyaya məruz qalanların birinci hissəsi olduğunu vurğulayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Birləşmiş Ştatlar “Gürcü Arzusu” partiyasının antidemokratik hərəkətləri, eləcə də son bəyanatları və ritorikasından dərin şəkildə narahat qalmağa davam etdirir. Bu hərəkətlər Gürcüstanın Avropa gələcəyini yolundan çıxarmaq riski yaradır və Gürcüstan Konstitusiyasına və xalqın iradəsinə ziddir.
Dövlət katibi Blinken bu yaxınlarda ABŞ-Gürcüstan ikitərəfli münasibətlərinin bütün aspektlərinin hərtərəfli nəzərdən keçiriləcəyini elan etmişdi. Bu nəzərdən keçirilmənin bir hissəsi olaraq, Dövlət Departamenti yeni viza qadağası siyasətini qəbul etdi.
Bu gün biz bu siyasət çərçivəsində onlarla Gürcüstan vətəndaşına viza qadağasının tətbiqi istiqamətində addımlar atırıq. Buraya dinc toplaşmaq və ifadə hüququnu pozmaq, dinc nümayişçilərə hücum etmək, vətəndaş cəmiyyəti nümayəndələrini qorxutmaq və Gürcüstan hökumətinin göstərişi ilə qəsdən dezinformasiya yaymaq kimi hərəkətlərlə Gürcüstanda demokratiya xələl gətirilməsinə görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslər, eləcə də onların yaxın ailə üzvləri daxildir. Viza məhdudiyyətlərinin bu birinci hissəsi “Gürcü Arzusu” partiyasının üzvlərini, parlament üzvlərini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və fiziki şəxsləri əhatə edir.
Ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərini nəzərdən keçirəcək və öz xalqlarının çoxdankı demokratik və Avro-Atlantik istəklərini irəli aparmaq üçün addımlar atacaqlar. Əgər bu baş verməsə, ABŞ əlavə tədbirlər görməyə hazırdır”, - Miller bildirib.
Dövlət Departamentinin sözçüsü izah edib ki, insanlara adətən viza məhdudiyyətləri barədə məlumat verilmir, lakin onlar bu barədə ABŞ-a səyahət etməyə cəhd edərkən öyrənəcəklər. Etibarlı ABŞ vizası olanlara bildiriş göndəriləcək.
“Mən konkret adlar çəkə bilmərəm. Viza məlumatları qanunla məxfidir, lakin dediyim kimi, biz dezinformasiya yaymaq və demokratiyaya xələl gətirmək üçün fəaliyyət göstərən, dinc nümayişçilərə hücum etmək və vətəndaş cəmiyyətinin üzvlərini qorxutmaq üçün güc tətbiq edən insanları araşdırdıq. Dediyim kimi, bu, silsilə tədbirlərimizin yalnız ilk addımıdır və qeyd etməliyəm ki, görməyə hazır olduğumuz tədbirlər mütləq bu yeni sanksiyalarla bağlı deyil. Biz əlavə sanksiyalar tətbiq etməyə və lazım gəldikdə bütün digər addımları atmağa hazırıq”, - Metyu Miller bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin getdiyi trayektoriyanı dəyişməyə hələ də vaxtı var: “Bu, təkcə onların qəbul etdiyi qanunla bağlı deyil. Söhbət həm də müxalif fikirlərin boğulmasından gedir. Bu, Gürcüstanın uzun müddətdir getdiyi yolu rədd edən liderlərin bəyanatlarına da aiddir. Deməli, vəziyyəti dəyişmək üçün hələ vaxt var və bizim siyasətimiz Gürcüstanın həyata keçirdiyi siyasətdən asılı olacaq”.