ABŞ Gürcüstanın keçmiş baş prokuroru Otar-Partsxaladzeyə sanksiya tətbiq edib. Dövlət Departamentinin sənədində Partsxaladzenin adı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin [FSB] Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etmək üçün işləyən gürcü-rus oliqarxı kimi göstərilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"İddialara görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti Onişenko onun şəriki Partsxaladzeyə Rusiya pasportu və ola bilsin, Rusiya vətəndaşlığı almağa kömək edib. Partsxaladze rus kimliyini tam qəbul edib və mütəmadi olaraq Rusiyaya səfər edirdi. Onişenko və “FSB” Partsxaladzedən Rusiyanın xeyrinə gürcü cəmiyyətinə və siyasətinə təsir etmək üçün istifadə edirdi.Məlumatlara görə, Fartsxaladze “FSB” ilə əlaqəsindən şəxsən faydalanır", - bu barədə Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamenti həmçinin Rusiyada fəaliyyət göstərən və 50%-i Partsxaladzeyə məxsus iki şirkətə sanksiya tətbiq edib. Bu MMC-lər "MOSCOW BUSINESS BROKERAGE" və "INTERNATIONAL BUSINESS CORPORATION"dır.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bu gün, sentyabrın 14-də Partsxaladze və onun şirkətlərini sanksiya siyahısına əlavə edib.
“Güecüstan Xəbərləri” 2023-cü il fevralın 14-də yazmışdı ki, Gürcüstanın keçmiş baş prokuroru “Moskovski Business Brokerage” şirkəti vasitəsilə müştərilərinə immiqrasiya güzəştləri ilə investisiya biznes layihələri təklif edir, o cümlədən Gürcüstanda. İmmiqrasiya üstünlüklərinə investisiya yolu ilə daimi yaşayış, iş vizaları və vətəndaşlıq əldə etmək daxildir.
Otar Partsxaladze 2013-cü il noyabrın 21-dən dekabrın 21-dək Gürcüstanın baş prokuroru vəzifəsində işləyib. Bundan əvvəl o, Maliyyə Nazirliyinin istintaq xidmətinə rəhbərlik edirdi.