Amerika Birləşmiş Ştatlarında neonasist qruplaşma “manyak qətl kultu”nun Gürcüstan vətəndaşı olan lideri saxlanılıb. 20 yaşlı Mixeil Çxikvişvili Nyu-Yorkda, Bruklin şəhərindəki yəhudi məktəblilərini zəhərli şirniyyatlarla öldürməyi planlaşdırırmış.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Federal Prokurorluğun məlumatına görə, Mixeil Çxikkişvili yəhudilərə və irqi azlıqlara qarşı kütləvi hücum planlaşdırmaqda, eləcə də başqalarını oxşar zorakılıq hərəkətlərinə sövq etməkdə ittiham olunur. O, İnterpol tərəfindən axtarışa verilib və iyulun 6-da Moldovada saxlanılıb.
İttihama görə, Çxikvişvili 2022-ci ilin iyununda nənəsi ilə Nyu-Yorka, Bruklin şəhərinə gəlib. Onun ən azı iyul ayından bəri, əsasən şifrəli mobil mesajlaşma platformaları vasitəsilə başqalarını zorakı nifrət cinayətləri və digər zorakılıq aktları törətməyə təşviq etdiyi güman edilir. Onun əlaqə saxladığı şəxslərdən biri Federal Təhqiqatlar Bürosunun (FBI) gizli agenti olub. Prokurorluğun məlumatına görə, 2023-cü ilin sentyabrında məxfi agent ondan “manyak qətl kultu”na necə qoşula biləcəyini soruşub, ittiham aktına görə, Çxikkişvili cavab verib ki, insanlardan vəhşicəsinə döyülmə, yandırma/partlayışların videolarını çəkməyi xahiş edirlər və “zəhərləmə və yandırma qətl üçün ən yaxşı seçimdir”.
Prokurorluğun məlumatına görə, 2023-cü ilin noyabrında Mixail Çxikvişvili Nyu-York şəhərində yeni il günü həyata keçirilməli olan kütləvi hücum planlaşdırmağa başlayıb. Sxem şaxta baba libası geyinmək və irqi azlıqlara, o cümlədən Bruklindəki yəhudi məktəblərindəki uşaqlara zəhərli şirniyyat paylamaqdan ibarət olub. O, məxfi agentə planın həyata keçirilməsi, eləcə də zəhərin hazırlanması üçün müfəssəl göstərişlər və təlimatlar verib. İş materiallarına görə, Çxikvişvilinin agentə təhvil verdiyi materialların bəziləri radikal islamçı cihadçı qruplar və “İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə bağlı olub.
“Çxikvişvili planlaşdırılan hücumun “Breyvikdən daha böyük bir hadisə” olması niyyətində idi. O, 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən norveçli neonasist Anders Berinq Breyviki nəzərdə tuturdu. 2022-ci ildə Bruklində yaşayarkən nifrət cinayətləri törətdiyini iddia edirdi. “Öldürdüyümə görə şadam” – deyə lovğalanaraq, “daha çox öldürərdim” desə də, ilk növbədə, başqalarını qətlə məcbur edib”, - prokurorluqdan bildiriblər.
Gürcüstan vətəndaşına qarşı irəli sürülən cinayətlər 50 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qondarma “manyak qətl kultu”, ABŞ Prokurorluğuna görə, irqi azlıqlara, yəhudi icmasına və “arzuolunmaz” hesab etdiyi digər qruplara qarşı zorakılıq aktlarını təbliğ edən beynəlxalq ekstremist qrupdur.