Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi bildirir ki, bəzi KİV və siyasi xadimlər eks-prezident Mixeil Saakaşvili ilə bağlı lobbiçilik kampaniyası haqqında dezinformasiyalar yayırlar. Səfirliyin bu gün yaydığı bəyanatda bildirilir ki, səfirlik əməkdaşlarının lobbiçilik edən firmalardan pul alması barədə məlumat “yalan və məsuliyyətsizlikdir”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Amerika Birləşmiş Ştatları, Tbilisi və Vaşinqtonda son günlər ABŞ səfirliyinin və bizim əməkdaşlarımızın fəaliyyəti ilə bağlı bəzi KİV-lərin dərc etdiyi dezinformasiya və siyasi xadimlərin bu dezinformasiyanın yayılması ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə narahatlığını bildirib.
Qeyd etdiyimiz kimi, ABŞ-ın Tbilisidəki səfirliyində heç kim keçmiş prezident Saakaşvilinin lobbiçiliyində iştirak etməyib və onun lobbiçilərinə hər hansı görüşün planlaşdırılmasında köməklik etməyib. Səfirlik əməkdaşlarının lobbiçilik firmalarından pul aldığını iddia edən və ya nəzərdə tutan mənfur məlumatlar birmənalı olaraq yalan və məsuliyyətsizdir”, - səfirliyin bəyanatında deyilir.
ABŞ Ədliyyə Nazirliyi “Xarici Agentlərin Qeydiyyatı Aktı”na (FARA) əsasən, Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvilinin azad edilməsi üçün Amerika hüquq firması “Akerman LLP” və “GP International LLC” nin lobbiçilik fəaliyyəti ilə bağlı sənədləri dərc edib. 2023-cü il fevralın 3-dən 28-dək həyata keçirilən tədbirlər siyahısında “cənab Saakaşvilinin polşalı həkimlər tərəfindən müalicə olunmasına imkan vermək üçün ABŞ-ın Tbilisidəki səfirliyinin rəsmisi və Polşa rəsmiləri ilə komunikasiya”sı da var. Sənəddə ABŞ səfirliyində əlaqə saxlayan şəxs kimi Evan Elliott göstərilib, əlaqə üsulu telefon zəngidir və məqsəd polşalı həkimlərin Saakaşviliyə qəbulu məsələsini müzakirə etmək, “Maqnitski siyahısı” statusunu müzakirə etmək və o vaxt Nyu-Yorkda olan Gürcüstan prezidenti Salome Zurabişvili ilə Mixeil Saakaşvilinin əfv olunması məsələsi ilə bağlı görüşün təşkili. Gürcüstanın prezident administrasiyası izah edib ki, Salome Zurabişvilinin ABŞ-a işgüzar səfəri zamanı Mixeil Saakaşvilinin vəkili Massimo Di Angelo görüş keçirmək üçün onunla əlaqə saxlamağa çalışıb, lakin bu xahiş təmin edilməyib.
Dərc olunan sənədlərlə bağlı Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib ki, ölkəyə qarşı düşmənçilik kampaniyası aparılır. Xarici işlər naziri İliya Darçiaşvili də “Avrointeqrasiya yolunda kifayət qədər uğurlu yolda olan Gürcüstana mütəşəkkil hücumun təsdiqləndiyini” şərh edib.