“Ölkənin birləşməsi halında biz ilk üç ildə Abxaziyaya, həmçinin Samaçabloya təxminən 10 milyard sərmayə yatıra bilərik. Bu, çox asanlıqla təşkil edilə bilər”. – bu barədə Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili illik hesabatı təqdim edərkən bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qaribaşvili deyir ki, hökumət bu məsələyə baxıb və İqtisadi Şura formatında müzakirə edib.
“Səhv etmirəmsə, işğal olunmuş Abxaziyanın büdcəsi 200 milyon dollar təşkil edir. Onların bu büdcəsi tamamilə dotasiyadadır və demək istəyirəm ki, bu, abxaz və osetin bacı və qardaşlarımız üçün əldən verilmiş fürsətdir... Abxaziya ikinci Monako ola bilər və bu, mübaliğə deyil. Abxaziyanın ikinci Monako və Suxuminin ikinci Monte Karlo olması üçün böyük potensialı var.
Ona görə də təbii ki, bizim siyasətimiz sülhpərvərdir, biz bu müharibələrlə alınan yaraları sağaltmaq istəyirik. Bizim siyasətimizə yenidən baxılmayacaq. Biz bu münaqişəyə, bu dəhşətli faciəyə son qoymaq və sülh yolu ilə barışmaq istəyirik ki, hamımız vahid, güclü, avropalı Gürcüstanda birlikdə yaşayaq”. – deyə Gürcüstanın baş naziri bildirib.
İrakli Qaribaşvilinin sözlərinə görə, hakimiyyətin işğal olunmuş bölgələrlə bağlı məqsədi “ümumi maraqlara əsaslanan əməkdaşlığı inkişaf etdirmək və etimadı bərpa etmək, münaqişədən zərər çəkmiş əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və süni şəkildə parçalanmış cəmiyyətləri barışdırmaqdır”.
Xanım Tea Axvledianinin departamenti [Barışma və Vətəndaş Bərabərliyi mövzuları üzrə Dövlət Nazirinin aparatı] Parlamentlə birlikdə çox işlər görür. Biz abxaziyalı və oslu həmvətənlərimiz, bacı-qardaşlarımıza çox kömək edirik. Biz bu barədə ictimai danışmırıq. Bu, şüurlu və düşünülmüş siyasətdir, ona görə də biz bunu afişalandırmaq istəmirik. Bununla belə, bir çox insan təklif etdiyimiz xidmətlərdən istifadə edir. Məsələn, ötən il 230 tələbə üniversitetlərə qəbul olub və 1300-dən çox insan səhiyyə xidmətlərindən yararlanıb. Təbii ki, bu yardımlar gələcəkdə də davam etdiriləcək”, - deyə bildirib Qaribaşvili.
Baş nazir əlavə edib ki, millətin ətrafında birləşməli olduğu “ən mühüm vəzifə və ideya” Gürcüstanın bütövlüyüdür.