İşğal olunmuş Abxaziynın de-faktoa respublikasında qeydiyyatdan keçmiş “Abxaziya Pravoslav Kilsəsi”nin lideri Besarion Aplia bildirib ki, Abxaziya və onun kilsəsi gürcü kilsəsindən asılı deyil, həmişə belə olub və olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onun sözlərinə görə, “Abxaziya kilsəsi”nin kanonik olaraq Gürcüstan Pravoslav Kilsəsinin tərkibinə daxil olması faktı əsasən XX əsrin siyasi hadisələrinin nəticəsidir.
“Sovet doktrinası onu birtəhər Gürcü kilsəsinə daxil etdi. Bu gün biz deyə bilmərik ki, abxazlar bunu istəyir. Bu, tam dəlilikdir. İstəyirəm ki, həm pravoslavlar, həm də qeyri-pravoslavlar başa düşsünlər və bunun qəbuledilməz olduğu barədə müvafiq nəticə çıxarsınlar. Bütün bunları, yumşaq desək, düzəltmək lazımdır”, - keşiş “Apsnipress”ə müsahibəsində bildirib.
Onun özünün açıqlamasına görə, bu gün “Abxaziya Pravoslav Kilsəsi” əslində Rus Pravoslav Kilsəsinin qanadı altındadır, Gürcü Pravoslav Kilsəsi ilə “Abxaziya Kilsəsi”nin bir-biri ilə heç bir əlaqəsi yoxdur.
“Tanrıya şükürlər olsun ki, Rəbb bizə onlardan xilas olmaqda kömək etdi. Bu gün ən vacib məsələ Abxaziya Pravoslav Kilsəsinin bərpasıdır və biz onu Moskva Patriarxlığı ilə birgə bərpa edəcəyik”, - din xadimi bildirib.
Gürcüstan Pravoslav Kilsəsi bu cür bəyanatlar kilsə tarixinin təhrifi kimi qiymətləndirir və “Abxaziyanın tarixən həm siyasi, həm də dini baxımdan Gürcüstanın bir hissəsi” olduğu deyir.
Tsxum-Abxaziya yeparxiyası kimi tanınan Abxaziya Gürcü Pravoslav Kilsəsinin kanonik ərazisidir, lakin 1992-1993-cü illər münaqişəsindən sonra kilsə bu əraziyə nəzarət edə bilmir. 2010-cu ildə Müqəddəs Sinodun qərarı ilə yeparxiyanın idarə edilməsi bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyaya verilib. Qeyd edək ki, Rusiya Patriarxı Kirill Biçvinta və Tsxum-Abxaziya mitropoliti kimi bir neçə dəfə Gürcüstanın katolikos-patriarxının adını çəkməyib.
Abxaziyada “Abxaziya Pravoslav Kilsəsi” ilə yanaşı, tanınmamış daha bir pravoslav kilsəsi var. “Müqəddəs Abxaziya Metropolisi”nə müqəddəs Arximandrit Dorofei (Dbari) başçılıq edir.