Rusiyanın işğalı altında olan Abxaziyada qondarma prokurorluğun “Gürcüstan xüsusi xidmət orqanlarının xeyrinə casusluq” işi üzrə ittiham etdiyi Gürcüstan vətəndaşı 25 yaşlı Kristine Takalandze 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakim Beslan Berulavanın sədrliyi ilə keçirilən qondarma Ali Məhkəmənin hökmü bu gün elan edilib. Cəza qadının həbs olunduğu tarixdən, 20 iyul 2022-ci il tarixindən hesablanmağa başlayıb.
Kristine Takalandze Zuqdididə anadan olub, lakin o, atası ilə Qali rayonunun Nabakevi kəndində yaşayırdı. Onun saxlanması ilə bağlı məlumatı 2022-ci il iyulun 25-də Abxaziya de-fakto təhlükəsizlik xidməti yayıb. Bəyanatda bildirilirdi ki, Takalandze “xarici kəşfiyyatın göstərişi ilə, Gürcüstan xüsusi xidmət orqanlarının maraqlarının diktə etdiyi motivlə” hərəkət edib və dövlət, hərbi və ya digər gizli məlumatların əldə edilməsi, toplanması və Gürcüstan xüsusi xidmət orqanlarına köçürülməsinə yönəlmiş “cinayətkar niyyət” həyata keçirib. Qondarma Təhlükəsizlik xidmətinin fikrincə, bu məlumat Abxaziyanın xarici təhlükəsizliyinə, konstitusiya quruluşuna və suverenliyinə zərər vurmaq üçün istifadə oluna bilərdi.
De-fakto hökumət saxlanılan qadının şəxsi əşyalarında neçə axtarış apardıqlarının əks olunduğu videomaterialı da dərc edib. Kadrlarda Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi, bank və aptek kartları ilə yanaşı, kiçik bir kağız parçası da peyda olub. Onun üzərində yazılıb - “Harasa, Qaliyə, Zuqdidiyə getsən, mənə bu dərmanı gətir, 2 tabletdir, qəpik dəyərindədir, xahiş edirəm”.
Kristine Takalandze casusluq ittihamını qəbul etmirdi.
Gürcüstan hökuməti hələ ki, de-fakto Ali Məhkəmənin qərarı barədə rəy verməyib.
30 sentyabr 2020-ci il tarixində Qali bölgəsində Abxaziya bayrağını yandırdığına görə həbs edilən daha bir Gürcüstan vətəndaşı - İrakli Bebua işğal olunmuş Abxaziyada qanunsuz, uzunmüddətli həbsdədir. O, qondarma Cinayət Məcəlləsinin üç maddəsi ilə, o cümlədən dövlət bayrağını təhqir etməkdə təqsirli bilinərək 2020-ci ilin dekabrında 9 il müddətinə azadlıqdan məhrum edilib. Mövcud məlumata görə, İrakli Bebuanın səhhəti ağırlaşan xroniki xəstəliklər və lazımi tibbi yardım göstərilməməsi səbəbindən pisləşib.
2022-ci ilin noyabrında Suxumidə qondarma Təhlükəsizlik Xidmətinin əməkdaşları Gürcüstan vətəndaşı, Qali sakini 29 yaşlı Asmat Tavadzeni həbs ediblər. O, narkotik maddələr almaqda və saxlamaqda ittiham olunur.