İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniyanın Moskvaya səfəri zamanı səhhətində problem yaranıb və bu səbəbdən tibbi yardıma ehtiyacı olub. Bu barədəqondarma prezidentin mətbuat xidməti məlumat yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dövlət başçısı Rusiya Federasiyasının paytaxtına işgüzar səfəri zamanı səhhətinin pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə müraciət edib, orada ona lazımi müayinələr edilir. İlkin məlumatlara görə, prezidentdə urolitaz xəstəliyinin kəskinləşməsi var. Onun həyatı üçün təhlükə yoxdur”, - deyə məlumatda bildirilir.
De-fakto prezidentin Moskvaya nə vaxt getdiyi və “işgüzar səfərinin” nədən ibarət olduğu məlum deyil.
2019-cu ildə Aslan Bjaniya Abxaziyanın qondarma prezidentliyinə namizəd olarkən, Moskvada xəstəxanalardan birinə düşmüşdü. Ətrafı onu seçkiqabağı marafondan çəkindirmək üçün zəhərlədiklərini iddia etmişdilər. 2020-ci ildə Bjaniya yenidən tibbi müəssisəyə yerləşdirilib. Martın 2-də o, təcili çəkildə Soçidəki xəstəxanaya yerləşdirilib, sonra isə süni koma vəziyyətində vertolyotla Krasnodara aparılıb. Bu məsələdə də onun zəhərləndiyi barədə məlumat yayılıb.
Aslan Bjaniyanın 60 yaşı var.