Acara hökumətinin sədri Tornike Rijvadzenin sözlərinə görə, fevralın 6-da Dağlıq Acarada, Keda, Şuaxevi və Xuloda baş vermiş təbii fəlakət nəticəsində 90-dan çox ailə təhlükəsiz yerə təxliyə edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sürüşmə prosesləri bir çox hissələrdə inkişaf edib. Bütün müvafiq xidmətlər fövqəladə rejimdə işləyir. Sakinlərimizdən xahiş edərdim ki, mümkün qədər bələdiyyə nümayəndələrinin göstərişlərini nəzərə alsınlar və yollarda hərəkətdən çəkinsinlər. Biz genişmiqyaslı təbii fəlakətlə mübarizə aparırıq və bütün ailələrə mümkün qədər kömək etmək üçün hər şey edilir”, - Rijvadze bildirib.
Dünən Xulonun Txilvana kəndində Bolkvadzelər ailəsinin evini qar uçqunu aparıb. Hadisə zamanı ər və arvad evdə olublar. Mevlud Bolkvadze sağ qalıb, 63 yaşlı Fati Bolkvadze isə dünyasını dəyişib.
Kedanın Tsoniarisi kəndində torpaq sürüşməsi baş verib və polis müfəttişi, 55 yaşlı Temur Baramidze həlak olub. O evdə tək olub.
2022-ci ilin sonuna olan məlumata görə, Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışığın Təminatı Agentliyinin məlumat bazasında qeydiyyatda olan 8731 ekomiqrant ailədən 3247-si beynəlxalq təşkilatlar tərəfindən mənzillə təmin olunub. 2004-2012-ci illərdə köçürülmüş ekomiqrantlar üçün yaşayış evlərinin şəxsi mülkiyyətə verilməsi prosesi hələ də başa çatmayıb. Gürcüstanın müxtəlif bölgələrində məskunlaşan 1062 ailədən 582 ailə hələ də daşınmaz əmlakını əldə etməyib.
Xalq Müdafiəçisinin hesabatında qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarında ekomiqrasiya və qabaqlayıcı tədbirlər haqqında adekvat məlumaat malik deyillər.
Bələdiyyələrin əksəriyyəti ekomiqrasiyanın qarşısının alınmasına əhəmiyyət vermir və yalnız zərər dəydikdən sonra reaksiya verirlər.
Zərərdən sonra görülən tədbirlər likvidasiya xarakteri daşıyır və qabaqlayıcı xarakter daşımır.
Fevralın 7-də gecə saatlarında Bağdatinin Nerqeeti kəndində torpaq sürüşməsi baş verib. Sürüşmüş torpaq kütləsində 4 yaşayış evi qalıb. Xilasedicilər bir neçə saatdır hadisə yerində işləyir, 4 nəfərin cəsədi tapılıb, 5 nəfərin axtarış-xilasetmə əməliyyatı hələ də davam edir.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə,fevralın 8-dək Gürcüstanda güclü yağıntının olacağı, əsasən qar şəklində yağacağı və bəzi yerlərdə intensiv olacağı (əsasən ölkənin qərb rayonlarında), dağlıq regionlarda duman, çovğun olacağı, yolların buz bağlaması, uçqun təhlükəsi, elektrik xətlərinin donması gözlənilir. Dənizdə güclü, 6 bal gücündə tufan olması ehtimalı var. Qərbi Gürcüstan çaylarında yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər, dağlıq ərazilərdə isə sürüşmə və sel sürüşmələri baş verə və aktivləşə bilər.