Bağdati rayonunun Nerqeti kəndində gecə saatlarında güclü yağış səbəbindən sürüşmə prosesləri inkişaf edib. Sürüşmüş torpaq kütləsində 4 yaşayış evi qalıb. Xilasedicilər bir neçə saatdır hadisə yerində işləyir, 4 nəfərin cəsədi tapılıb, 5 nəfərin axtarış-xilasetmə əməliyyatı hələ də davam edir. Onların arasında bir ailənin 4 üzvü – ata və üç azyaşlı övladı da var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Çox böyük torpaq sahəsi qopub, 4 yaşayış evi dağılıb. Əvvəlcə 10 nəfər axtarırdıq. Hazırda 1 nəfər sağdır və təhlükəsiz yerə aparılıb. Bütün lazımi avadanlıqlar səfərbər olunub”, - Bu barədə İmereti qubernatoru Zviad Şalamberidze məlumat verib.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, fevralın 8-dək Gürcüstanda güclü yağıntının olacağı, əsasən qar şəklində yağacağı və bəzi yerlərdə intensiv olacağı (əsasən ölkənin qərb rayonlarında), dağlıq regionlarda duman, çovğun olacağı, yolların buz bağlaması, uçqun təhlükəsi, elektrik xətlərinin donması gözlənilir. Dənizdə güclü, 6 bal gücündə tufan olması ehtimalı var. Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.
Fevralın 6-da Acaranın yüksək dağlıq ərazilərində də güclü yağışın yaratdığı uçqun və sürüşmələr səbəbindən də həyatını itirənlər olub.
Xulonun Txilvana kəndində qar uçqunu Bolkvadzelər ailəsinin evini aparıb. Hadisə zamanı ər və arvad evdə idilər. Mevlud Bolkvadze sağ qalıb, 63 yaşlı Fati Bolkvadze isə dünyasını həlak olub. Hazırda kəndin xarici aləmlə əlaqəsi kəsilib.
Kedanın Tsoniarisi kəndində baş verən təbii fəlakət nəticəsində 55 yaşlı Temur Baramidze dünyasını dəyişib. O, Acarıstan Polis İdarəsinin Keda rayon şöbəsinin kiçik inspektoru olub. Sürüşmə zamanı Temur Baramidze evində tək idi.