Adigeni qəsəbəsində martın 8-də yerli müsəlmanların cümə namazı qılmasına imkan verilməyib. Yusuf Mikeladzeyə məxsus olan evə Pravoslav Kilsəsinin yerli yeparxiyasının din xadimləri və ruhaniləri gəlib. Onlar Yusuf Mikeladzeni bayıra çıxmağa məcbur edib, hədələyib, söyüblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hadisə yerinə səfərbər olan polislər jurnalistlərin həyətə girib işləməsinə imkan verməyiblər. “TOK TV”nin məlumatına görə, əhalinin bir hissəsi binada müsəlman ibadətgahının açılmasına etiraz edib.
“Sən kimsən? Çıx çölə, insanlarla danış, səni axmaq. Sənin sifətini yırtacağam, axmaq adam, səni. Anama canına and olsun, səni həmişəlik şikəst qoymasam. Çölə çıx. Sanma ki, bu sənin evindir. Heç vaxt sənin olmayacaq, heç vaxt. Zən edirsən ki, burada olacaqsan?” - pravoslav din xadimi Yusuf Mikeladzeyə müraciət edib.
Onunla birlikdə olanlar deyirdilər ki, ev “gürcü xalqı, xristianlar” üçün olacaq.
Adigeni bələdiyyəsinin meri Qoça Kimadze əsəbi insanları sakitləşdirməyə çalışıb. Onun sözlərinə görə, ev “bağlanacaq və daha orada ibadət edilməyəcək”.
“Bunun belə olmasını çox böyük arzumuzdur. Biz heç kimin qarşısını almırıq, ibadətr etsinlər, amma bir şey var - bu məscid burada bütün qanunlara zidd olaraq açılır. Narahatlığınızın səbəbi budur. Mən sizi də başa düşürəm”, - deyə bələdiyyə sədri bildirib.
Onun sözlərinə görə, “bu iş” çoxdan davam edir, hökumət işləyir və müəyyən razılığa da gəliblər.
“Mən dünən bu cənablarla görüşdüm. Bir saat yarım danışdıq. Bizim elə bir razılaşmamız var idi ki, bu gün camaat, ibadət edənlər, müsəlman camaatı bura gəlməyəcək, burada dua oxuyan ancaq ev sahibi və onun mollalarından biri olacaq. Əslində onlar bu şərti yerinə yetiriblər”, – Qoça Kimadze bildirib.
Bələdiyyə sədri müsəlman icmasının nümayəndələri ilə bazar ertəsi də görüşəcəyini deyir. “Bildiyiniz kimi bazar ertəsi bizimlə danışıqlara gəlmirlər. Bazar ertəsi cavab verməyə gəlirlər ki, dediklərimizi sənədləşdiriləcək”, - Qoça Kimadze toplantıya bildirib.
Bu Adigenidə yerli müsəlman icmasına qarşı ilk münaqişə deyil. 2016-cı ildə müsəlmanlar ayrıca qəbiristanlıq tələb etdikləri üçün hücuma məruz qalıblar.