"Agent" sözü qulağa pis gəlir - Kadaqişvili "Xalqın gücü"nün qanun layihəsini dəstəkləyir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu”ndan Telavi, Axmeta, Kvareli və Laqodexinin majoritar deputatı, parlamentin Prosedur və Reqlament Komitəsinin sədri İrakli Kadaqişvili  hesab edir ki, çoxlu sayda qeyri-hökumət təşkilatlarına və mediaya “xarici agent” statusunun verilməsini nəzərdə tutan “Gürcü Arzusu”ndan formal olaraq ayrılan deputatların qanun layihəsi şəffaflıq və hesabatlılıq üzərinə qurulub.

“Qeyri-hökumət sektorunun maliyyə mənbəyində və hesabatlılığında şəffaf olması da daxil olmaqla, bunlar niyə narahatedici olmalıdır? Görün niyə qəzəb var - çünki kimsə düşünür ki, onun maliyyələşdirməsi ilə hərəkət edən QHT hesabat versə, təhlükə qarşısında qalacaq. Xalq və qanun qarşısında cavabdehlik niyə təhlükə yaratmalıdır, izah edə bilərsinizmi? Əvvəlcə qanunu oxusunlar. İkinci və üçüncüləri Amerika qanunu ilə müqayisə edin, burada o məzmundan söhbət getmir. Öz gözlərimlə nəzər yetirdiyim qədər “agent” sözü qulağa pis gəlir”, - Kadaqişvili jurnalistlərə bildirib.

Kadaqişvili “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin qanun layihəsi ilə bağlı bəyanatını təkrarlayır, Kobaxidze deyirdi ki, layihə “əsasən şəffaflıqdan bəhs edir” və bunda heç bir problem görmür o.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təşəbbüskarı “Xalqın Gücü” hərəkatının üzvləri (Sozar Subari, Dimitri Xundadze, Quram Maçaraşvili və başqaları) olublar

Qanun layihəsinə əsasən xarici təsir agenti gəlirinin 20 %-dən çoxunu xaricdən əldə edən qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs (qeyri-hökumət təşkilatı) və KİV-dir, inzibati orqan (dövlət və ya bələdiyyə orqanı/qurum) və ya milli idman federasiyaları tərəfindən yaradılmış təşkilatlar istisna olmaqla.

Belə hüquqi şəxslər maliyyə hesabatı üzrə öhdəliklərə tabe olacaqlar, bu, keçmiş təqvim ili ərzində xərclənmiş pul vəsaitlərinin məbləği və təyinatı barədə məlumatların təqdim edilməsini əhatə edir. Xarici təsir agentlərinin reyestrinə daxil edilmiş məlumatlar açıqdır.

Qanun layihəsinə əsasən “xarici təsir agenti”ni müəyyən etmək üçün Gürcüstanın Ədliyyə Nazirliyi monitorinq aparmaq imkanı əldə edəcək və bu monitorinq çərçivəsində ona bütün lazımi məlumatları emal etmək səlahiyyəti veriləcək, şəxsi məlumatlar daxil olmaqla. Monitorinqin başlanması üçün əsas təşkil edir: Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı; Xarici təsirin konkret agentinə müvafiq istinadı ehtiva edən Nazirliyə təqdim edilmiş yazılı ərizə. Qanun layihəsi nazirliyə 10, 20 və 25 min lari məbləğində cərimələr tətbiq etmək, təşkilatları məcburi qeydiyyata almaq səlahiyyəti də verilir.

Gürcüstan Xalq Müdafiəsi Aparatının qiymətləndirməsinə görə, “Xalqın Gücü”nün qanun layihəsi insan hüquqlarının beynəlxalq müdafiəsi standartlarına uyğun gəlmir və müasir demokratik dövlətin əsas prinsipləri ilə uzlaşmır. Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa İttifaqının Ədalət Məhkəməsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, Venesiya Komissiyası və BMT-nin Xüsusi Məruzəçisi Rusiya Federasiyası və Macarıstan qanunvericiliyində əksini tapan toplaşma və ifadə azadlığı, habelə şəxsi toxunulmazlıq hüququ ilə bağlı oxşar tənzimləmələri mənfi qiymətləndirir.

Avropa Şurasının insan hüquqları üzrə komissarının fikrincə, tarixi kontekst nəzərə alınmaqla, “xarici agent”i “xarici casus” və “satqın”la əlaqələndirmək olar ki, bu da cəmiyyətin, xüsusən də hakimiyyət nümayəndələrinin oxşar təsvirdə olan şəxslərlə əməkdaşlığını və nəticədə onların siyasi həyata cəlb olunmasını çətinləşdirəcək. Avropa İnsan Hüquqları Məhkəməsinin fikrincə, bu termindən istifadə toplaşmaq azadlığına əsassız müdaxilədir, belə ki, müvafiq təşkilatların xarici nəzarət altında olması təəssüratı yaradır.

“Xalqın Gücü” və “Gürcü Arzusu” üzvlərinin fikrincə, qanun layihəsi əsasən Amerika Birləşmiş Ştatlarında 1938-ci ildən qüvvədə olan müvafiq qanunvericiliyə əsasən yaradılıb, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, bu, ABŞ-ın heç bir qanununa deyil, oxşar Rusiya və Macarıstan qanunvericiliyinə əsaslanır. Praysın fikrincə, təklif olunan qanun Gürcüstan vətəndaşlarının müstəqil səsini istisna edəcək və susduracaq və Gürcüstanın Avro-Atlantik inteqrasiyasına potensial təhlükə yaradacaq.

Hollandiyanın Helsinki Komissiyası 40 ədəd insan haqları təşkilatının bəyanatını dərc edib və onlar Gürcüstan parlamentinə müraciət ediblər ki, qanun layihəsi qəbul edilməsin, çünki “sözügedən qanun layihəsi avtoritar dövlətlərin sərbəst toplaşmaq və ifadə azadlığına xələl gətirən, ölkədə demokratiya və vətəndaş cəmiyyətinə ciddi təhlükə yaradan təcrübələrini təkrarlayır”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur