2019-2024-cü illərdə Gürcüstan nazirlikləri və digər dövlət qurumlarının Aİ-dən aldığı maliyyə vəsaiti 517 milyon avro, vətəndaş cəmiyyəti təşkilatlarına ayrılan məbləğ isə 46,1 milyon avro təşkil edib. Bu barədə məlumatı Aİ-nin Gürcüstandakı nümayəndəliyi yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Aİ-nin Gürcüstana yardımından ən çox maliyyə alan 10 benefisiar arasında aşağıdakı dövlət qurumları var:
- 111,55 milyon avro – Regional İnkişaf və İnfrastruktur Nazirliyi/Yerli Özünüidarəetmələr
- 101,40 milyon avro – Maliyyə Nazirliyi
- 62,75 milyon avro - Müdafiə Nazirliyi
- 57 milyon avro – Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi və qurumları
- 5 milyon avro – İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi
- 25,07 milyon avro – İşğal Olunmuş Ərazilərdən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları
- 19 milyon avro – Miqrasiya üzrə Hökumət Komissiyası
- 12,85 milyon avro – Təhsil, Elm və Gənclər Nazirliyi
- 10,5 milyon avro – Daxili İşlər Nazirliyi
- 4 milyon avro – Hökumət Administrasiyası
Gürcüstan parlamenti 4,8 milyon avro ilə 11-ci yerdədir.
Vətəndaş cəmiyyətinə gəlincə, Aİ-nin 46,1 milyon avroluq maliyyələşdirməsinə Gürcüstanda müxtəlif sektorlarda çalışan 170-dən çox vətəndaş cəmiyyəti təşkilatı tərəfindən həyata keçirilən 47 layihə daxildir:
- İnsan hüquqları və gender bərabərliyi: 8,6 milyon avro
- Demokratik fəallıq və müstəqil media: 8 milyon avro
- Biznesin inkişafı və peşəkar təhsil: 7,9 milyon avro
- Təhlükəsizlik sektorunda islahatlara dəstək: 4,9 milyon avro
- Mədəniyyət və yaradıcılıq sahələri: 4,6 milyon avro
- Münaqişənin həlli üçün etimadın bərpası: 4 milyon avro
- Mərkəzsizləşdirmə və kəndlərin inkişafı: 3,9 milyon avro
- Ətraf mühitin mühafizəsi və iqlim: 2 milyon avro
- Dövlət idarəçiliyi islahatlarının təşviqi: 1,2 milyon avro
- Hüquq və məhkəmə sistemi: 1 milyon avro
Avropa İttifaqının nümayəndəliyinin məlumatına görə, 2019-2024-cü illərdə Avropa İttifaqından alınan 46,1 milyon avronun üçdə ikisindən çoxu vətəndaş cəmiyyəti təşkilatları üçün Gürcüstan əhalisinə yardım etmək və aşağıdaki sahələrdə xidmətlərə çıxışı təmin etmək üçün nəzərdə tutulub: həssas qruplara dəstək, peşə təhsili, sahibkarlıq, sosial xidmətlər, gənclərin cəlb edilməsi və ictimaiyyətin inkişafı, mədəniyyət sahəsi, ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsi. Maliyyələşdirmənin üçdə biri insan hüquqları, Aİ standartlarının qəbulu, gender bərabərliyi və mərkəzsizləşdirmə kimi məsələlərdə monitorinq aparan, təşviq edən və dövlət qurumları ilə əməkdaşlıq edən vətəndaş cəmiyyəti təşkilatları üçün nəzərdə tutulub.