Avropa Parlamentinin üzvü Endryu Kubilius “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvilinin Gürcüstanın hazırkı mərhələdə Avropa İttifaqına daxil olmağa hazır olmadığı barədə bəyanatına münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Dekabrda Ğaribaşvili Gürcüstanın Aİ-yə namizəd statusunu qeyd edib və bunu qələbə adlandırıb. Dörd aydan sonra o deyir ki, Gürcüstan hazır deyil. Kim hazır deyil, gürcü xalqı, yoxsa “Gürcü Arzusu” partiyası? Cavab aydındır: “Gürcü Arzusu” russayağı qanunlar qəbul etməyə çalışır, avropapərəstlər isə küçələrdə buna etiraz edirlər", - Kubilius "X"də yazıb.
Keçmiş baş nazir və “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Ğaribaşvili qanunundan danışarkən jurnalistlərə bildirib ki, bu gün Gürcüstan Avropa İttifaqına üzv olmağa hazır deyil.
"Söhbət ondan gedir ki, bu qanunun qəbulu ilə nəsə dəyişə bilər, əngəl yarana bilər. Əvvəla, ölkə maksimuma çatdı, pik ötən il idi, dekabrda biz namizəd ölkə olduq. Növbəti addım üzv olmaqdır. Bu gün ölkə üzv ölkə olmağa hazır deyil, razısınızmı? Ölkənin bu gün Avropa Birliyinə üzv ola biləcəyi ilə bağlı konsensus yoxdur, xüsusən də bu qədər problemlər olduğundan və bunun üçün çox vaxt lazım olacaq. Bu gün Aİ genişlənməyə hazır deyil və bunun üçün vaxt lazımdır. Növbəti addım bir çox amildən asılıdır.
Mən sizə çox sadə şəkildə demək istəyirəm: əgər ölkə hazır olanda və bizə desələr ki, sabah Avropa Birliyinə üzv olacaqsınız, bu qanunu çox asanlıqla ləğv etmək, yenidən işləmək, dəyişdirmək, yenisini qəbul etmək olar. Belə ki, narahat olmayın, hər şey çox yaxşıdır", - İrakli Ğaribaşvili deyib və əlavə edib ki, “şəffaflıq lazımdır”.
Aprelin 17-də xalqın etirazlarına, Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının müraciətlərinə baxmayaraq, “Gürcü Arzusu” müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda 83 səslə qəbul edib.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel və Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhei bəyanatla çıxış ediblər, bu bəyanatda deyilir ki, qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləməsinə mənfi təsir göstərəcək. Onların fikrincə, qanun Avropa Birliyinin əsas norma və dəyərlərinə uyğun gəlmir.
Avropa Şurasının prezidenti Şarl Mişel də rus qanununa münasibət bildirib. O deyib ki, Gürcü xalqı Avropa yolunu seçdi və buna cavab olaraq Gürcüstan namizəd statusu aldı, “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi isə ölkənin Avropa istəklərinə uyğun gəlmir, Gürcüstanı Avropa İttifaqından ayırır.
Rus qanunu Avropa Komissiyasının Gürcüstan üçün müəyyən etdiyi 1-ci və 9-cu tövsiyələrə ziddir, hansı ki, bu tövsiyələrə görə ezvlük danışıqlarını açmaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizə aparmalıdır.
Oxşar qanun layihəsi ötən ilin martında birinci oxunuşda hakim partiya tərəfindən dəstəklənsə də, xalqın etirazı nəticəsində o qanunu geri çəkməyə məcbur olmuşdular. Partiya liderləri qanun layihəsini "şərtsiz şəkildə" geri çəkməyə söz verdilər, lakin bir il sonra, aprelin əvvəlində o, yenidən gündəmə gətirildi. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarına xidmət edən təşkilat” ifadəsi ilə əvəz edilib.