Kaxeti polisi Laqodexinin Qabal kəndindən olan 23 yaşlı qızıın qaçırılması işi ilə bağlı 5 nəfəri saxlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, 26 yaşlı kişi qadını qanunsuz olaraq azadlığından məhrum edərək, ona qarşı zorakılıq edib. Qaçırılmada ondan başqa 4 nəfər də iştirak edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
1998-ci il təvəllüdlü A.M. O, qanunsuz olaraq, qrup halında azadlıqdan məhrumetmə və seksual xarakterli cinayətlərdə təqsirli bilinərək, 1969-cu il təvəllüdlü İ.F., 1999-cu il təvəllüdlü C.İ., əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü S.A. və 2003-cü il təvəllüdlü M.B. qrup halında, qanunsuz olaraq azadlıqdan məhrumetmədə təqsirli bilinərək saxlanılıblar.
“İstintaq müəyyən edib ki, A.M. onunla evlənmək üçün 2000-ci il təvəllüdlü G.Q.-ni qanunsuz olaraq azadlıqdan məhrum edib, ona qarşı cinsi zorakılıq edib. Həmçinin təqsirləndirilən olunan şəxs qismində saxlanılan şəxslər: İ.F., C.İ., S.A. və M.B. qanunsuz azadlıqdan məhrum etmədə iştirak ediblər”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
İyulun 28-də Qabal kəndindən qaçırılan gənc qadın zorla maşına mindirilərək naməlum istiqamətə aparılıb. Ertəsi gün qadın Telavi bələdiyyəsinin Qaracala kəndində tapılıb və qaçıranların saxlanılması ilə bağlı məlumatı Daxili İşlər Nazirliyi bu gün, avqustun 14-də yayıb.
Qaçırılan qadının əmisi qaçıranların güc tətbiq etdiyini bildirib: “Qardaşım qızı ifadəsində polisə onu necə döydüklərini, tapança ilə onu və ata-anasını öldürəcəkləri ilə hədələdiklərini ətraflı izah edib, amma onu qorxuda bilməyiblər. Universitet tələbəsidir, fərqli tərbiyə alıb, bu adamlarla heç bir əlaqəsi yoxdur. Biz 21-ci əsrdə yaşayırıq, insanları necə heyvan kimi qaçırmaq olar?! Bu cür davranışa görə hər kəs cavab verməlidir”.
Faktla bağlı Cinayət Məcəlləsinin 143 və 137-ci (qanunsuz azadlıqdan məhrum etmə və zorakılıq) maddələri ilə istintaq aparılır. Cinayətlər 10 ilə qədər həbslə cəzalandırılır.