Ailəsi və vəkillər Temirlan Maçalikaşvilinin işi üzrə istintaqın yenilənməsini tələb edirlər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Sosial Ədalət Mərkəzi Strasburq Məhkəməsinin qərarının icrası çərçivəsində Temirlan Maçalikaşvilinin yaşamaq hüququnun pozulması ilə bağlı Xüsusi İstintaq Xidmətindən istintaqın yenilənməsini tələb edir.

“2023-cü il yanvarın 19-da Avropa İnsan Haqları Məhkəməsi Maçalikaşvili və digərlərinin Gürcüstana qarşı işi üzrə qərarını yayımlamışdı. Avropa Məhkəməsinin qərarı ilə ərizəçilərin vəsatəti qismən təmin edilib və araşdırma zamanı aşkar edilmiş əsaslı pozuntulara görə dövlət tərəfindən yaşamaq hüququnun prosedural pozuntusu müəyyən edilib. Avropa Məhkəməsi istintaq zamanı aşkar edilmiş bütün qanun pozuntularını təfərrüatı ilə qeyd etmiş və istintaqın nöqsanları ilə bağlı ərizəçilərin demək olar ki, bütün arqumentlərini bölüşmüşdür. Onların arasında məhkəmə müəyyən edib ki, bu işdə istintaqın institusional müstəqilliyi tələbi təmin edilməyib və istintaq sonradan prokurorluq tərəfindən başlansa da, ilkin istintaq hərəkətləri, o cümlədən mühüm sübutların götürülməsi (əl qumbarasının götürülməsi, axtarış) Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilib, prokurorluq bu istintaq hərəkətlərinin nəticələrinə əsaslanırdı.

Aydındır ki, məhkəmə üçün Dövlət Təhlükəsizliyi Xidməti öz əməkdaşlarının törətdiyi mümkün cinayətlərin araşdırılmasında müstəqil istintaq orqanı hesab edilmir. Bununla birlikdə, məhkəmənin qiymətləndirməsinə görə, istintaq prosesində bir sıra mühüm sübutların qiymətləndirilməməsi, Temirlan Maçalikaşvilinin ailə üzvlərinə zərərçəkmiş statusunun verilməməsi onların istintaq prosesində iştirakını çətinləşdirib. Məhz istintaqdakı əsas qüsurlar Avropa Məhkəməsini yaşamaq hüququnun əsas (substantiv) hissəsinin pozulmasını götür-qoy edə bilməyib. Məhz bu hissədə 19 yanvar 2023-cü il tarixli qərardan Maçalikaşvili ailəsi adından 18 aprel 2023-cü ildə apellyasiya şikayəti verilib. Lakin Avropa Məhkəməsinin Böyük Palatası 22 may 2023-cü ildə şikayətimizi qəbuledilməz hesab edib.

Sözügedən prosesdən sonra Maçalikaşvili və digərlərinin Gürcüstana qarşı işi üzrə qərar qüvvəyə minib və hazırkı mərhələdə qərarın icrasına nəzarəti Avropa Şurasının Nazirlər Komitəsi həyata keçirir.

Bizim əsas tələbimiz milli səviyyədə istintaqa yenidən başlanmasıdır. Bu məqsədlə xüsusi istintaq xidmətinə müraciət etdik. Avropa İnsan Hüquqları Məhkəməsinin qanuni qüvvəyə malik qərarı ilə müəyyən edilmiş pozuntu faktlarının araşdırılmasına cavabdeh olan yuxarıda adı çəkilən qurumdur.

Xüsusi İstintaq Xidməti istintaqa başlanması bardə rəsmi rədd cavabı verməyib, lakin bizə yazılı şəkildə tamamilə əsassız və qeyri-müəyyən izahat verildi ki, qurum qərarın icrası ilə bağlı addımların planlaşdırılmasını təmin etmək üçün növbəti 6 ay ərzində Nazirlər Komitəsi ilə məsləhətləşəcək.

Hesab edirik ki, Xüsusi İstintaq Xidmətinin bu mövqeyi daha çox istintaqın bərpasını bilərəkdən ləngitməyə bənzəyir. İstintaq gecikdirilərsə, müəyyən müddətdən sonra mühüm istintaq hərəkətlərinin lazımi qaydada həyata keçirilə bilməməsi və iş üzrə düzgün hüquqi nəticə əldə edilməsinin çətinləşməsi riski yaranır”, - Bu barədə Sosial Ədalət Mərkəzinin nümayəndəsi Tamta Mikeladze bildirib.

2017-ci il dekabrın 26-da Pankisi vadisində xüsusi əməliyyat zamanı 19 yaşlı Temirlan Maçalikaşvili evinin yataq otağında xüsusi təyinatlılar tərəfindən başından ölümcül güllə yarası almışdı. Dövlət Təhlükəsizlik Xidməti Temirlan Maçalikaşvilini və Pankisi vadisində yaşayan bir neçə başqa şəxsi beynəlxalq terrorçu kimi tanınan Əhməd Çatayevə və onun qruplaşmasına kömək etməkdə ittiham edib. Lakin yaralı Maçalikaşvili 2018-ci il yanvarın 10-da ittiham olunmadan dünyasını dəyişib. Qalanları həbs edilib. Məhkəmə onları təqsirli bilib və həbs cəzasına məhkum edib.

Prokurorluq Temirlan Maçalikaşvilinin ölümcül yaralanması ilə bağlı Cinayət Məcəlləsinin zorakılıq yolu ilə vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin 3-cü hissəsi ilə araşdırma aparırdı, lakin 25 yanvar 2020-ci ildə cinayət tərkibi olmadığı üçün istintaqa xitam verilib. 2020-ci ilin 27 mart tarixində Xalq müdafiəçisi işin təzələnməsi və Temirlan Maçalikaşvilinin həyatına qəsd olunması faktı ilə bağlı hərtərəfli araşdırma aparılması tələbi ilə Baş Prokurorluğa müraciət edib. Baş Prokurorluq xalq müdafiəçisinin tələbini təmin etməyib.

Malxaz Maçalikaşvili uzun müddət Tbilisidə parlament binası qarşısında davamlı etiraz aksiyası keçirərək oğlunun qətli ilə bağlı işin araşdırılmasını tələb edirdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur