Tbilisidə keçirilən minlərlə insanın iştirak etdiyi aksiyanın iştirakçıları hakimiyyətə xəbərdarlıq edirlər ki, sabah, aprelin 29-da rus qanununun ikinci oxunuşu üçün plenar iclas təyin etməsinlər, əks təqdirdə konstitusiyaya zidd qanununun qəbuluna mane olacaqlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan vətəndaşları Gürcüstanın Avropa kursunun dəyişməsini və rus qanununun qəbulu ilə nəticələnəcək strateji tərəfdaşlarını itirməsini dəstəkləmir. Biz Gürcüstan vətəndaşları razılaırıq ki, Gürcüstan parlamenti konstitusiyaya zidd qanunların qəbulu məkanına çevrilməməlidir. Biz Gürcüstan parlamentinin Rusiya qanununun qəbulunu hökumətin konstitusiya çərçivəsindən çıxması kimi qiymətləndiririk.
“Gürcüstan vətəndaşları demokratiyanın anti-konstitusiya, avtoritar idarəetmə ilə əvəzlənməsinə imkan verməyəcəklər”, - şair Rati Amağlebeli Respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı bildirib.
Aksiya təşkilatçılarının sözlərinə görə, onlar rus qanununun ikinci oxunuşuna hüquqi məsələlər komitəsində etiraz edəcəklər, lakin hökumətin təşkil etdiyi əks aksiyanın iştirakçıları ilə qarşıdurmaya girmək niyyətində deyillər.
“Biz bilirik ki, aprelin 29-da hakimiyyət illüziyalı dəstəyin nümayişi olaraq böyük bir hissəsi rus qanununu qəbul etmək istəməyən həmvətənlərimizi zorla gətirəcək. Biz bilirik ki, aprelin 29-da hökumətin təşkil etdiyi aksiyada dayanan vətəndaşlarımızın əksəriyyəti rus qanunu deyil, bizim tələblərimizi dəstəkləyir. Tələblərimizin hədəfi xalq deyil, hökumətdir və o olacaq. Ona görə də biz düşmənin planını asanlaşdırmaq üçün heç bir addım atmayacağıq və mövcud olmayan ictimai qarşııdurma mənzərəsini formalaşdırmayacağıq.
Biz aprelin 29-da komitə iclasına etiraz edəcəyik, amma hökumətin axşam saatlarında parlamentə yığacağı həmvətənlərimizlə yolumuzu kəsişdirmək fikrində deyilik. Biz hökuməti sabah, aprelin 29-da plenar iclas təyin etməməyə cağırırıq, lakin sabah parlament qəfildən “rus qanunu”nun plenar iclasını təyin etsə, müxtəlif ictimai qruplar və vətəndaş qrupları vətəndaşları bu konstitusiyaya zidd qanunun qəbula mane olmağa çağırırıq.
Hökumət bilməlidir ki, plenar iclas zamanı, nə vaxt təyin olunsa, bizim konkret planımız və vətəndaşları toplaşmağa çağıracağımız yerlər olacaq, Gürcüstanın konstitusiya strukturunu və xarici siyasətini dəyişmək kimi əyri-əskik avantüraya qarşı duracağıq”, - deyə Rati Amağlobeli bildirib.
İki həftədir ki, hər gün Tbilisidə, parlamentin yaxınlığında rus qanununa qarşı etiraz aksiyaları keçirilir. Bunun əksinə olaraq, “Gürcü Arzusu” aprelin 29-da parlament binası qarşısında rus qanununa dəstək məqsədilə “ümumi ictimai yığıncaq” keçirir. Dövlət xidmətlərində çalışanlara aksiyada iştirak etməyi tapşırırlar. Aprelin 29-da Parlament Hüquq Məsələləri Komitəsinin iclasında “Gürcü Arzusu”nun rus qanununa ikinci oxunuşda baxacaq. Qanunun ikinci oxunuşda baxılmaq üçün plenar iclasa nə vaxt çıxarılacağı hələlik məlum olmasa da, hakim partiyanın plenar iclası sabaha təyin edəcəyi də istisna edilmir.
Parlamentdəki müxalifət partiyaları, “Vahid Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” hökuməti təxribatlara yol verməmək üçün Hüquq Məsələləri Komitəsinin iclasını təxirə salmağa çağırır.
3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 17-də parlamentin 83 üzvü birinci oxunuşda rus qanununu dəstəkləyib.