Tbilisi Şəhər Məhkəməsinin hakimi Lela Tsaqareişvili Quram Adamianı inzibati məsuliyyətdən azad edib və ona şifahi xəbərdarlıq edib. Daxili İşlər Nazirliyi Adamianın xırda xuliqanlığını və polisin qanuni tələbinə tabe olmamasını mübahisələndirirdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mayın 13-də Quram Adamia parlamentin yaxınlığında zorla saxlanılıb. Polislər onun başına zərbələr endirirdilər. İstintaq təcridxanasında Adamianın səhhəti pisləşib və bu səbəbdən xəstəxanaya aparılıb.
“Bir tərəfdən yaxşı ki, mənə yalnız şifahi xəbərdarlıq etdilər, amma digər tərəfdən, nə etdiyimi heç anlamıram. Mənə qarşı heç bir dəlil yox idi”, - deyə Adamia bugünkü prosesdən sonra bildirib.
Onun vəkili Dimitri Nozadzenin sözlərinə görə, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
“İşdə cəmi iki polisin bir-biri ilə ziddiyyət təşkil edən ifadəsi olub, çünki onlar Quramın Çiçinadze küçəsində cinayət törətdiyini gördüklərini və saxlanııması üçün göstəriş verdiklərini iddia edirlər. Lakin o, Zubalaşvili küçəsində saxlanılıb və protokol tərtib edən polislərin göstərdiyi parlamentin qapısı heç görünmür. Təəssüf ki, hər iki maddədə inzibati icraat dayandırılmayıb. Hakim şifahi xəbərdarlıqdan istifadə edib, lakin bu, özü də inzibati cəza növüdür”, – vəkil bildirib.
İnzibati Xətalar Məcəlləsinə əsasən, yüngül xəta törətdikdə şəxsin inzibati məsuliyyətdən azad edilməsi və ona qarşı şifahi xəbərdarlıqdan istifadə edilməsi mümkündür.
“Xarici agentlər” haqqında rus qanuna qarşı inzibati və cinayət işlərində 200-dən çox adam saxlanılıb. Onların əksəriyyəti polisin həddindən artıq gücdən, pis rəftardan və fiziki qisas almasından danışır. Aksiyalar zamanı Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları müxalifət siyasətçiləri və mülki fəllara - Aleko Elisaşviliyə, Levan Xabeişviliyə və Davit Katsaravaya ağır fiziki zorakılıq ediblər. Xüsusi İstintaq Xidməti bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının mümkün qanunsuz hərəkətləri ilə bağlı onlara ümumilikdə 138 məlumat daxil olub. Qurum istintaqa başlayıb, lakin indiyədək heç bir polis əməkdaşına qarşı ittiham irəli sürülməyib.