Alaverdi mitropoliti: vəziyyət fövqəladədir, bütün bina və tikililər qəzalı vəziyyətdədir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Abba Alaverdili Mitropolit Davit deyir ki, dünənki qasırğadan sonra Alaverdi monastır kompleksində vəziyyət “fövqəladə”dir.

“Gün işığında monastıra göz gəzdirdikdən sonra əminliklə deyə bilərəm ki, vəziyyət fövqəladədir. Heç bir dam salamat deyil. Bütün damlar zədələnib. Həmçinin, aşağıdan baxdanda günbəzdəki qalay qopub, mütəxəssislər baxmalıdırlar, çünki qasırğanın zərbəsi çox böyük idi və buna görə də görünməyən çatlar ola bilər. İndiyədək təmirə və möhkəmləndirməyə ehtiyac duyan qüllənin damı yerindən oynayıb. Qalanları - infrastruktur, əgər monastırın içərisində nəsə var idisə - başqa söz tapa bilmirəm, qəzalı vəziyyətdədir və bu, monastırın bütün bina və tikililərinə aiddir”, - deyə mitropolit bildirib.

Dünən, axşam saat 6 radələrində Alaverdi monastır kompleksinin üzərindən qasırğa keçib. Yerli sakinlərin sözlərinə görə, burulğan yeparxiyanın üzüm bağlarının salındığı yerdə yaranıb və mədəni irs abidəsi statuslu məbədin yanından keçib, günbəzdən xaçı qoparıb, dam örtüyünə ziyan vurub.

Foto: George Mes

Mədəni İrsin Mühafizəsi Agentliyindən verilən məlumata görə, günbəzin qalay örtüyü, məbədin cənub yamacındakı lorfin dam örtüyü zədələnib, məbədin qərb tərəfinin pəncərələri və günbəz sınıb, qüllənin qalay və yepiskop sarayının kirəmitli damları zədələnib, sarayın eyvanı çöküb.

Foto: George Mes

Təbii fəlakət zamanı bir neçə nəfər xəsarət alıb - onlar qasırğa nəticəsində aşmış avtomobildə hərəkət edirdilər.

Üzüm bağlarına da ziyan dəyib. “Badaqoni” şərab şirkətinin təsisçisi Qiorqi Salakaia 10 hektara yaxın üzümün “tamamilə kökündən qopduğunu” bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur