Gürcüstanın Ali Məhkəməsi Batumidə yeni məscidin tikintisi ilə bağlı iş üzrə Kutaisi Apellyasiya Məhkəməsinin Batumi meriyası tərəfindən müsəlman icmasına qarşı ayrı-seçkilik müəyyən edən hökmünü ləğv edib və işi yenidən baxılması üçün eyni məhkəmə qaytarıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakimlər - Maia Vaçnadze, Ketevan Tsintsadze və Bidzina Sturuadan ibarət Ali Məhkəmənin İnzibati İşlər üzrə Palatası iki il müddətində “Batumidə Yeni Məscidin Tikilməsi Fondu”nun və Batumi şəhər bələdiyyəsinin kassasiya şikayətlərinə baxıb. Tərəflər Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarından apellyasiya şikayəti veriblər. Qərara görə, bələdiyyənin Batumidə yeni məscidin tikintisinə icazənin birinci stadiyasını verməkdən imtina etməsi qanunsuzdur və şikayətçilərə qarşı dini baxımdan ayrı-seçkilik xarakteri daşıyır.
Şikayətçi tərəfin məscid tikmək üçün icazə istədiyi ərazidə 7 pravoslav kilsəsi var, onlardan 3-ü Batumi bələdiyyəsinə məxsus qeydiyyatlı torpaq sahəsində tikilib. Apellyasiya məhkəməsi Şəhər bələdiyyəsinin rəddini ləğv edib, lakin müsəlmanların işi yeni məhkəmə araşdırmasına göndərmək əvəzinə, Şəhər Bələdiyyəsinə tikintinin birinci mərhələsinə icazə verilməsi ilə bağlı birbaşa göstəriş vermək tələbini təmin etməyib. Müsəlman icması, məhz bu hissədə Apellyasiya Məhkəməsinin qərarınından şikayəti verib.
Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. O, “Batumidə Yeni Məscid Tikintisi Fondu”nun arqumentini bölüşüb ki, Apellyasiya Məhkəməsi ayrı-seçkilik aşkar etdiyinə görə, ayrı-seçkiliyin nəticəsini aradan qaldırmaq üçün məsələ barədə yekun qərar almalı və onu Şəhər Bələdiyyəsinə qaytarmamalı idi. Lakin Ali Məhkəmə Şəhər Bələdiyyəsinə tikintiyə icazə verilməsi barədə göstəriş verməyib və işi, yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.
Ali Məhkəmə Batumi Şəhər Bələdiyyəsinin kassasiya şikayətini də qismən təmin edib. Məhkəmə xüsusilə müsəlmanlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını izah edib, çünki Batumi Şəhər Bələdiyyəsi “6-cı yaşayış zonası”nda (yeni məscidin torpaq sahəsinin yerləşdiyi zona) pravoslav məbədlərinin tikintisinə icazə verməyib, onlar icazəsiz tikilib.
Ali Məhkəmədə, həmçinin, Apellyasiya Məhkəməsinin qərarının məscidin tikintisi maraqlarını ətraf ərazidə yaşayan əhalinin yaşayış maraqlarından üstün tutduğu hissəsi də müzakirə edilib. Ali Məhkəmə Apellyasiya Məhkəməsinə tapşırıb ki, bütün müvafiq halları hərtərəfli qiymətləndirib araşdırsın və bunun əsasında bu işdə hansı marağın - müsəlmanların dini mənafeyinin, yoxsa yerli sakinlərin yaşayış maraqlarının üstün olduğunu müəyyən etsin.
Məhkəmədə müsəlman icmasının maraqları “Tolerantlıq və Müxtəliflik İnstitutu” və “Sosial Ədalət Mərkəzi” tərəfindən qorunur. Onların fikrincə, Ali Məhkəmənin ayrı-seçkiliklə bağlı tərifləri təkcə müsəlmanların hüquqlarının təmin edilməsi baxımından deyil, ümumilikdə bərabərlik prinsipi baxımından çirkin praktika bərqərar edir.
“Məsələn, məhkəmə bildirib ki, pravoslav kilsəsi və müsəlmanlar mahiyyət etibarilə bərabərdirlər, lakin onlara qarşı qeyri-bərabər münasibət olmayıb, çünki pravoslav kilsəsinə “6-cı yaşayış zonası”nda məbədin tikilməsi üçün heç vaxt zonal razılaşma verilməyib və kilsə heç vaxt bu tələblə bələdiyyə sədrinə müraciət etməyib.
Bu cür əsaslandırma ilə Ali Məhkəmə ayrı-seçkiliyin tərkibinin yalnız formal şəkildə icazənin verilməsi və verilməməsindən, yox da, bir tərəfdən, bir icmadan tikinti üçün icazə istənməsi, digər tərəfdən isə icazəsiz tikintiyə göz yumulmasından təşkil olunması kontekstini tamamilə diqqətdən kənarlaşdırıb.
Kassasiya məhkəməsi konteksti nəzərə almadan “qanunsuzluqda bərabərlik yoxdur” prinsipindən istifadə etsə də, bu prinsipin dövlət tərəfindən ayrı-seçkiliyi qanuniləşdirmək üçün istifadə oluna biləcəyini müzakirə etməyib”, - hüquq müdafiəsi təşkilatları bildirirlər.
Batumidə yeni məscid tikintisi ilə bağlı məhkəmə mübahisəsi 7 ildir ki, davam edir. Bu müddət ərzində müsəlmanlar açıq səma altında toplaşıb, elə ibadət etməli olublar. Hələ 2019-cu ildə Batumi Şəhər Məhkəməsi Şəhər Bələdiyyəsinin məscidin tikintisinə icazə verməməsini ayrı-seçkilik və qanunsuzluq kimi qiymətləndirmişdi.