Almaniya kansleri Olaf Şolz “Der Spiegel” jurnalına müsahibəsində Gürcüstan və Moldovanı təhlükəsiz mənşə ölkələri kimi təsnif etdiklərini və sığınacaq hüququ olmayanların genişmiqyaslı deportasiyasının həyata keçirilməli olduğunu bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hər iki ölkə Avropa Birliyinə üzv olmaq istəyir ki, bu da bu ölkələrdə sistematik təzyiqin olmadığını güman etməyə əsas verir.
Biz Avropanın xarici sərhədlərinin mühafizəsini gücləndiririk ki, daha az insan Avropaya daxil ola bilsin.
Ən vaciblərindən birini hələ qeyd etməmişəm - biz, nəticə etibarilə, Almaniyada qalmaq hüququ olmayan kəslərin kütləvi deportasiyasına başlamalıyıq. Təqiblərdən qorunma ehtiyacını sübut edə bilmədiyi üçün Almaniyada qalmaq hüququ verilmə ehtimalı az olanlar geri göndərilməlidir. Bunu etmək üçün, federal polis tərəfindən tutulan kimisə deportasiya etmək üçün ictimai xidmətlərimiz gecə-gündüz əlçatan olmalıdır. Biz immiqrasiya idarəsinin rəqəmsallaşdırılmasını da başa çatdırmalıyıq - kağız erası bitməlidir. Prosedurlar sürətləndirilməli, sığınacaq üçün müraciətlər və ilkin müsahibələr ilkin qəbul müəssisəsində aparılmalıdır. Məhkəmə prosesləri də sürətləndirilməlidir. Bəzi yerlərdə deportasiya ilə bağlı ilkin qərarlar dörd aydan sonra, bəzilərində isə 39 aydan sonra verilir. Bu qəbuledilməzdir. Biz insanları daha intensiv və daha tez şəkildə deportasiya etməliyik”, - Şolz bildirib.
Müsahibədə Almaniya kansleri Avropa İttifaqında yeni həmrəylik mexanizmindən də danışıb: “Qaçqınlar birbaşa Almaniyaya göndərilmək əvəzinə, gəldiyi ilk ölkədə qeydiyyata alınmalıdır. Bunun əvəzinə onlar bütün Avropada ədalətli şəkildə paylanacaqlar. Ümid edirəm ki, Avropa Parlamenti yaxın aylarda bu mexanizmi təsdiq edəcək”.
“Deutsche Welle”-nin məlumatına görə, 2023-cü ilin ilk altı ayında Almaniyadan 7861 nəfər deportasiya edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. Deportasiya edilənlərdən ən çoxu, 705-i Gürcüstan, 665-i Şimali Makedoniya və 659-u Əfqanıstan vətəndaşıdır.
Almaniya federal hökuməti iki ay əvvəl Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına daxil edib. Almaniyanın daxili işlər naziri Nensi Fesserin sözlərinə görə, ölkələrə təhlükəsiz statusunun verilməsi Almaniyaya qeyri-qanuni miqrantları ölkədən çıxarmağa imkan verəcək.
Bu qərar “Pro Asyl” qaçqınların hüquqlarının müdafiəsi təşkilatı tərəfindən tənqid edilib. Onun sözlərinə görə, Almaniya hökuməti Rusiyanın Gürcüstan və Moldovanın rayonlarını işğal etməsi faktına məhəl qoymur, Gürcüstanda qanunun aliliyi və LGBT+ şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Moldovada isə mətbuat azadlığı ilə bağlı problemlər var.