Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə raket hücumlarından sonra Almaniyanın müdafiə naziri yaxın bir neçə gün ərzində Almaniyanın Ukraynaya ilk IRIS-T SLM hava hücumundan müdafiə sistemini tədarük edəcəyini açıqlayıb. Kristin Lambrextin sözlərinə görə, Rusiyanın son hərəkətləri onun Ukrayna üçün nə qədər vacib olduğunu göstərir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Ona görə də indi biz Ukraynaya havadan gələn təhdidlərə qarşı xüsusi yardım edəcəyik. Yaxın bir neçə gün ərzində dörd qabaqcıl IRIS-T sistemindən birincisi ukraynalıları effektiv şəkildə müdafiə etməyə hazır olacaq”, - Almaniyanın müdafiə naziri “Spiegel” nəşrinə müsahibəsində bildirib və qeyd edib ki, qalan üç sistemin Ukraynaya gələn il çatdırılacağı planlaşdırılır.
Almaniya Xarici İşlər Nazirliyi Kiyevə və digər şəhərlərə kütləvi raket hücumuna münasibət bildirib. Nazir Analena Baerbokun Twitter-də yazdığı kimi, Putinin şəhərlərə və mülki əhaliyə raket zərbələri endirməsi iyrənc və əsassızdır. Onun sözlərinə görə, Almaniya Ukraynanın hava hücumundan müdafiəsini tez bir zamanda gücləndirmək üçün hər şeyi edəcək.
Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts “Böyük Yeddilik”in növbədənkənar sessiyasının çağırılması barədə razılığa gəliblər. Oktyabrın 11-də keçiriləcək görüşdə Zelenski “Rusiya Federasiyasında terror hücümlarından”, həmçinin Rusiyaya təzyiqin artırılmasından və zədələnmiş infrastrukturun bərpasına köməklikdən danışacaq.
Avropa Komissiyası Rusiyanın mülki əhaliyə və mülki infrastruktura “barbarcasına” raket hücumlarını pisləyib.
“Rusiya dünyaya bir daha nəyi təmsil etdiyini göstərdi - bu, terror və vəhşilikdir. Cinayətkar cavab verməlidir. Biz həlak olanlara yas tutur və ukraynalı dostlarımıza dərin hüznlə başsağlığı veririk. Bilirəm ki, ukraynalılar qorxmayacaqlar”, - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin sözlərinə görə, XXI əsrdə belə hücumlara yer yoxdur. “Biz Ukraynanın yanındayıq. Aİ-nin əlavə hərbi yardımı yoldadır”, - Borrell bildirib.
Rusiya Ukraynanın paytaxtına və digər şəhərlərə raket zərbələri endirib. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Kiyevdə və səkkiz rayonda mühüm infrastrukturun (əsasən enerji təchizatı obyektlərinin) bombalanması nəticəsində 30-a yaxın yanğın baş verib. Əldə olan məlumata görə, 11 nəfər ölüb, 64 nəfər yaralanıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yenilənmiş məlumatlarına görə, Rusiya 84 qanadlı raketdən və 24 pilotsuz uçuş aparatından, o cümlədən 13 İranın “Şahed” PUA’larından istifadə edib. Hava hücumundan müdafiə sistemləri 43-ü qanadlı raket olmaqla 56 hədəfi məhv edib.
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planına uyğun olaraq Ukraynanın enerji, hərbi komandanlıq və rabitə obyektlərinə kütləvi zərbə endirildiyini açıqlayıb - yüksək dəqiqlikli uzaq mənzilli silahlarla hava, dəniz və quru bazalarına.
Putinin sözlərinə görə, bu, oktyabrın 8-də Krım körpüsündə baş vermiş partlayışa cavab idi. Rusiya hakimiyyəti bunu “terror aktı” kimi qiymətləndirdi. Vladimir Putin Ukrayna hakimiyyətinə xəbərdarlıq edib ki, Rusiya ərazisində terror aktları həyata keçirmək cəhdləri davam edərsə, “Rusiyanın cavabı sərt olacaq və öz miqyasında Rusiya Federasiyası üçün təhlükəyə uyğun olacaq”.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Rusiya oktyabrın əvvəlindən Ukraynanın paytaxtına və infrastruktur obyektlərinə hücumlar həyata keçirməyi planlaşdırırdı.