“Xarici agentlər haqqında” rus qanununu ilə Gürcüstan Avropa İttifaqına üzv ola bilməyəcək, üzvlüklə bağlı danışıqlar açılmayacaq. Bu barədə Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu dörd həftə ərzində hər gün minlərlə, hətta yüz minlərlə insanın küçələrə çıxaraq “mən bu ölkənin vətəndaşıyam və Avropanın bir hissəsi olmaq arzusunu ifadə edirəm” dediyini gördük.
Bəli, mən nikbinəm ki, biz münasibətlərimizi davam etdirə bilərik, lakin Avropa İttifqına qoşulma prosesinin ailə və ya hansı hisslərə və daxili sentimentlərə malik olduğumuzla heç bir əlaqəsi yoxdur. Bu, hüquqi prosesdir. Siz ailəyə qoşulmursunuz, öz müqaviləsi və qoşulmaq üçün yazılı qaydaları olan bir təşkilata qoşulursunuz. Əsas qayda odur ki, bizim standartımıza cavab verməlisiniz”, - deyə Fişer “BMG”yə müsahibəsində bildirib.
Almaniya səfiri qeyd edib ki, azad və ədalətli seçkilər Avropa İttifaqına daxil olmaq üçün digər zəruri tələbdir.
Piter Fişer Gürcüstana qarşı sanksiyaların tətbiqinin nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavabında bildirib ki, sanksiyalar kifayət qədər geniş anlayışdır və ilk növbədə mənfi reaksiyanı nəzərdə tutur.
“Avropa Birliyinə üzv olan dövlət adından danışan ilk reaksiyamız odur ki, bu qanunla siz Avropa İttifaqına üzv ola bilməzsiniz, bu qanunla Avropa İttifaqı ilə üzvlük danışıqlarını aça bilməzsiniz. Çox sadədir: Aİ-yə daxil olmaq istəyirsinizsə, bizim hüquqi standartlara - norma və dəyərlərə cavab verməlisiniz. Bu qanun Avropa qanunvericiliyinə uyğun deyil. Bu, bizim ilk mesajımızdır”, - səfir bildirib.
Piter Fişer Gürcüstan hökumətinin anti-Qərb ritorikasına diqqət çəkib:
“İttifaqa qoşulmaq istəyirsinizsə, amma eyni zamanda onu təhlükəli kimi tənqid edirsinizsə və onu qlobal müharibə partiyası adlandırırsınızsa (bu mənim terminim deyil və fikrimcə, belə bir şey yoxdur), onda özünüzdən soruşmalısınız - normal ünsiyyət qura bilərik, ya yox? Biz indi tərəfdaşıq, yoxsa artıq tərəfdaş deyilik?
Bu qərarı Gürcüstan hökuməti qəbul etməlidir. Tam izah edə bilməyəcəyim çeylərə görə, hökumət anti-Avropa ritorikasını seçib, qorxu səpir, Almaniya, Fransa, İspaniya da daxil olmaqla hər yerdən düşmən gözləyir. İndi biz bir növ təhlükəli düşmənlərik. Mən deyərdim ki, yox, biz qlobal müharibə partiyası deyilik, biz qlobal sülhün tərəfiyik. Avropa İttifaqı sülhlə bağlı fantastik layihədir”.
Almaniya səfiri 2023-cü ilin dekabrında ölkənin 9 istiqamətdə addımlar atacağını nəzərə alaraq Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verildiyini bir daha vurğulayıb. “Heç bir irəliləyiş görmürük. Əksinə, biz bu qanunla geriyə doğru bir addım görürük. İndi 10 namizəd ölkə var. Onların arasında lider Gürcüstan idi və hazırda sonuncu yerdədir”.