Rusyönümlü, zorakılıq tərəfdarı “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyasını dəstəkləyən bloqer Beka Vardosanidze terrorla bağlı yalan bildiriş yaymaqla bağlı aparılan istintaq çərçivəsində Dövlət Təhlükəsizlik Xidmətinə aparılıb. DTX-dan izah edildiyi kimi, Vardosanidze şahid qismində dindirilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, mürəkkəb istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Beka Vardosanidzenin istifadə etdiyi elektron poçtdan partlayışların həyata keçirilməsi ilə bağlı müəyyən fasilələrlə müxtəlif qurumlara terror məzmunlu təhdidləri ehtiva edən mesajlar göndərilib.
“Adıçəkilən istifadəçi Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin, eləcə də “İmedi” teleşirkətinin rəsmi elektron poçtuna terror məzmunlu hədələr ehtiva edən mesaj göndərib. Mətndə partlayıcı qurğuların “Basiani” klubunda, “Ratis Bari” barında və Rustaveli prospektində davam edən yeni il tədbiri çərçivəsində yerləşən səhnədə, eləcə də ətraf ərazilərdə və müxtəlif yerlərdə və nəqliyyat vasitələrində quraşdırıldığı göstərilirdi”, - DTX bildirib.
Modul binaya aparılmazdan əvvəl DTX əməkdaşları Vardosanidzenin mənzilində və qarajında axtarış aparıblar. Qurumdan verilən məlumata görə, müxtəlif kompüter və elektron informasiya daşıyıcı avadanlıqlar götürülüb, onlar üzrə müvafiq tədbirlər görüləcək və ekspertizalar aparılacaq.
İş Cinayət Məcəlləsinin 331-ci (terrorçuluq haqqında yalan məlumat vermə) maddəsi ilə araşdırılır.
“Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun liderləri Vardosanidzenin həbsini istisna etmir və istintaqa etimadsızlıqlarını bildirirlər: “Hökuməti, şəxsən Bidzina İvanişvilini tənqid edən müstəqil, mühafizəkar jurnalistin [Beka Vardosanidzeni nəzərdə tutur – red.] evinə polis basqın edib, e-poçt tapmışıq deyir - buna görə aparıblar və tutracaqlar”, - Maxaradze deyib.
Rusiyönümlü partiyanın liderləri və tərəfdarları DTX yaxınlığında toplaşaraq Beka Vardosanidzenin azad edilməsini tələb edirlər.