“Amnesty International” Azərbaycanı Qarabağın blokadasına və humanitar böhrana son qoymağa çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Laçın dəhlizinin hələ də davam edən blokadası Dağlıq Qarabağın separatçı bölgəsində minlərlə insanın həyatını təhlükə altında qoyur - Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” Azərbaycan hakimiyyətini və Rusiya sülhməramlılarını dərhal yolu açmağa və humanitar böhrana son qoymağa çağırır.

2022-ci il dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistanla birləşdirən yol azərbaycanlı nümayişçilər tərəfindən bağlanıb. “Amnesty İnternational” yazır ki, nümayişçilərə yerli hakimiyyətlər dəstək verir. Yolun bağlanması nəticəsində Dağlıq Qarabağın təqribən 120.000 etnik erməni sakininin əsas mallar və xidmətlərə, o cümlədən həyati vacib dərmanlara və səhiyyəyə əlçatarlığı məhduddur.

“Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlıları tərəfindən göstərilən humanitar yardım tələbatı ödəmək üçün kifayət etmədiyindən blokada kəskin ərzaq və tibbi ləvazimat çatışmazlığına səbəb olub. Elektrik enerjisi, təbii qaz və nəqliyyat yanacağı ilə təchizatdakı fasilələr ayrı-seçkiliyə və marginallaşmaya qarşı müdafiəsiz qrupların həyatını xüsusilə çətinləşdirir.

Azərbaycan hökuməti bu ərazilər üzərində suverenliyi beynəlxalq səviyyədə tanıyıb və blokadanın aparıldığı əraziyə nəzarət edir. Dağlıq Qarabağ əhalisinin ərzaq, digər zəruri mallar və dərman vasitələrinə əlçatarlığını təmin etmək Azərbaycanın məsuliyyətidir. Öz növbəsində, Rusiyanın sülhməramlı missiyasına Laçın dəhlizinin təhlükəsizliyini təmin etmək öhdəliyi düşür. Bununla belə, hər iki tərəf açıq şəkildə öhdəliklərini yerinə yetirmir”, - “Amnesty İnternational”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters deyir.

Vəziyyət qocalar və məhdud imkanlı şəxslər, xroniki problemləri olan xəstələr, hamilə qadınlar üçün xüsusilə ağırdır.

“İndi biz prosedurların yalnız 10 faizini həyata keçiririk. Sadəcə olaraq, kifayət qədər stentimiz yoxdur. Hər gün çox insan itiririk”, - “Amnesty International” Stefanakert (Xankəndi) xəstəxanasının kardioloqu Vardan Lalayanın şərhlərinə istinad edir.

Lalayan müsahibəsində deyir ki, bir həftə əvvəl xəstəxanada epilepsiya xəstəsi olan uşaq var idi, ona təcili dərman lazım olmuşdu, Qırmızı Xaç Cəmiyyəti ilə danışıqlar apardıqdan sonra uşağı cəmi bir həftə sonra İrəvana müalicəyə göndərə biliblər”.

Kardioloq deyir ki, “Qırmızı Xaç” yalnız “stabil vəziyyətdə” olan xəstələri rayondan kənar tibb müəssisələrinə aparır. Vəziyyəti ağır olan xəstələr lazımi qayğının olmadığı yerdə onun yanında qalmalı olurlar - nəticədə, ölümcül hallar qarşıya çıxır ki, qarşısını almaq mümkün ola bilərdi – “ancaq bir çox xəstə başqa xəstəxanaya köçürülmək istəmir, çünki bu, uzun, qeyri-müəyyən müddətə ailəsinə geri qaytarılma zəmanəti olmadan ayrılmaq deməkdir”.

Tibbi avadanlığın olmaması səbəbindən hamilə və doğum edən qadınların da səhhəti risk altındadır. Martakert (Ağdərə) şəhərində səkkiz aylıq hamilə olan Melin Petrosyan “Amnesty International”a bildirib: “Doğum şöbəsi dolu idi, dərmanlar, gigiyena vasitələri və körpə üçün lazım olan əşyalar, uşaq bezləri, süd əvəzediciləri çatışmır. Elektrik enerjisi olmadığından xəstəxana otağı tez-tez soyuq olurdu. Onlar yalnız bir inkubatordan istifadə edə bilirdilər və vaxtından əvvəl doğulmuş üç körpə növbə ilə faydalana bilirdi. Belə şəraitdə doğum etməyi düşünəndə özümü dəhşətli hiss edirəm”.

Tibb işçiləri, qocalar və əlillər xroniki xəstəliklər üçün dərmanlara, o cümlədən qan təzyiqinə nəzarət, ürək, epilepsiya və astma dərmanlarına, həmçinin ağrı kəsicilərə və antibiotiklərə çıxışın olmamasından danışırlar. Dağlıq Qarabağda çoxlu aptek bağlandı. Dərman tapa bildikləri yerdə qiymət o qədər yüksək idi ki, istehlakı azaltmalı oldular. 

Blokada həm də ərzaq qıtlığına səbəb oldu, buna görə də de-fakto hökumət yanvarın əvvəlində rasion sistemi tətbiq etdi. Yerli sakinlərdən birinin sözlərinə görə, yaşından asılı olmayaraq “hər kəs yarım kilo düyü, makaron, bir litr yağ və bir az şəkər götürə bilər” ki, bu da əvvəllər müəyyən edilmiş məhsulun həcmini bir kiloqram və ya bir litr azaldır. Nəticədə əsas ərzaq məhsullarının qiymətləri tənzimlənsə də, mağaza rəflərindən tərəvəz və meyvələr tamamilə yoxa çıxıb, süd və yumurta üçün uzun növbələri olacaq.

“Amnesty İnternational” təşkilatının apardığı müsahibələr göstərir ki, qadınlar ümumiyyətlə qida paylarını digər ailə üzvlərinə verməyə üstünlük verirlər. Səhiyyə mütəxəssisləri qadınlarda və uşaqlarda immun çatışmazlığı, anemiya, qalxanabənzər vəz xəstəliklərinin və şəkərli diabetin kəskinləşməsi hallarının əhəmiyyətli dərəcədə artdığını müşahidə ediblər ki, bu da bilavasitə qida çatışmazlığının nəticəsidir.

Səhiyyə işçilərinin sözlərinə görə, hamilə qadınlarda ağırlaşmalar baş verir. Eyni zamanda, abortların və erkən doğuşların sayı artıb.

Məhdud imkanlı şəxslər, o cümlədən hərəkət qabiliyyəti məhdud olan insanlar blokada zamanı özlərini daha çox təcrid olunmuş hiss etdiklərini deyirlər, çünki yanacaq çatışmazlığı səbəbindən nə ictimai, nə də şəxsi nəqliyyatdan faydalana bilmirlər. 1990-cı illərdə mina partlayışı nəticəsində iki ayağını itirən Yakov Altunyan faktiki olaraq mənzilindən çıxa bilmir. 

Təxminən 27 min uşağın təhsil aldığı bütün məktəb və uşaq bağçaları elektrik enerjisinin olmaması səbəbindən müvəqqəti olaraq bağlanıb. 30 yanvar 2023-cü ildə məktəblər qismən açılsa da, təhsil müəssisəsində qalma müddəti dörd saatla məhdudlaşdırılıb.

Blokada başlayandan bəri Dağlıq Qarabağın 1100 sakini, o cümlədən azı 270 uşaq regiondan kənarda qalıb və evlərinə qayıda bilmir. Onlar Ermənistandaki otellərdə və ya qohumlarının və könüllülərin evlərində yerləşdirilib.

Azərbaycandan sutkada orta hesabla 6 saat davam edən qaz və elektrik enerjisinin verilişində fasilələr yarandığından qaz və benzin qıtlığı daha da ağırlaşır.

“Blokadanın doqquzuncu həftəsidir. Bütün gözlər Azərbaycan hakimiyyəti və Rusiya sülhməramlılarının üzərindədir. Biz hər iki tərəfi beynəlxalq insan haqları standartlarına uyğun olaraq təcili tədbir görməyə çağırırıq, Laçın dəhlizinin blokadasını gecikdirmədən aradan qaldırsınlar və humanitar böhrana son qoysunlar”, - Mari Struters qeyd edib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ərazisi uğrunda genişmiqyaslı müharibə başlamışdı. Rusiyanın dəstəklədiyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdən sonra Azərbaycan qondarma respublikanın böyük hissəsinə nəzarəti bərpa edib və Ermənistanla əlaqələrini kəsdi. Atəşkəs sazişinin şərtlərinə görə, Laçın dəhlizi Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olaraq qalırdı ki, onun təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti tərəfindən təmin edilməli idi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur