2023-cü il sentyabrın 1-dək dövlət mülkiyyətində olan kənd təsərrüfatı torpaq sahəsini cinayət yolu ilə mülkiyyət kimi qeydiyyata almış şəxs şərti cəzadan, o cümlədən icrası mümkün olmayan cərimələrdən azad ediləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu barədə hökumətin iclasında baş nazir İrakli Ğaribaşvili deyib.
Amnistiya yalnız 2024-cü il sentyabrın 1-dək cinayət törətməsi nəticəsində dövlətə dəymiş zərəri tam ödəyən şəxsə şamil ediləcək. Bu o deməkdir ki, həmin şəxs torpaq sahəsini dövlətə qaytarmalı, bu mümkün olmadıqda isə həmin torpaq sahəsinə bərabər olan məbləği ödəməlidir.
“İllər ərzində bir çox vətəndaşımız dövlət mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarını qanunsuz qeydiyyata alıblar və bu, əslində çox böyük problem idi. Prokurorluqda onlarla iş gedir. Araşdırma aparılır, bununla bağlı çoxlu anlaşılmazlıqlar olub. Prokurorluqla, parlamentlə məsləhətləşdik və mən belə hallara görə amnistiya elan etmək təşəbbüsü ilə çıxış edirəm”, - baş nazir qeyd edib və dəqiqləşdirib ki, amnistiya Cinayət Məcəlləsinin 180 və 362-ci maddələri ilə törədilən cinayətlərə şamil ediləcək.
Amnistiya vəzifəli şəxs, habelə dövlət müəssisələrinin işçiləri, publik hüquqi şəxslər və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər tərəfindən öz qulluq statusundan istifadə etməklə, habelə mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətlər haqqında işlərə şamil edilməyəcək.
“Biz bu layihəni etdik, parlamentə göndərəcəyik və sizə dediyim kimi, amnistiya bir çox vətəndaşlarımızı azad edəcək. Bunun nəticədə çoxlu çaşqınlıq yaranmışdı. Torpaq sahəsini qaytaranlara şamil ediləcək bu, qaytarmasa, müvafiq dəyərin məbləğini ödəyəcək və bu məsələ həll olunacaq”, - baş nazir bildirib.