“Analıq məzuniyyəti” müddətində veriləcək yardım 1000 lari əvəzinə 2000 lari müəyyən edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Hamiləlik və doğuş, uşağa qulluq, habelə yeni doğulmuş körpənin övladlığa götürülməsi ilə əlaqədar ödənişli məzuniyyət müddətində veriləcək pul yardımının məbləği 1000 lari əvəzinə, 2000 lari müəyyən edilib.

Bundan əlavə, ictimai məktəb müəllimləri, əlavə sosial təminat tədbiri olaraq hamiləlik və doğuş, uşağa qulluq və ya övladlığa götürmə üçün ödənişli məzuniyyətlə yanaşı, məzuniyyət dövründə ona əmək haqqının tam məbləğini doldurmaq üçün əlavə kompensasiya veriləcək.

Hökumətin fərmanının qüvvəsi Gürcüstan qanunvericiliyinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən hamiləlik və doğuş, uşağa qulluq və yeni doğulmuş uşağın övladlığa götürülməsi ilə əlaqədar məzuniyyətdən faydalanan işçilərə şamil ediləcək.

“Gürcüstanın Əmək Məcəlləsində” “analıq” məzuniyyətinə görə kompensasiyanın məbləği 2014-cü ildən 1000 lari idi. 

Əmək Məcəlləsinə əsasən, işçiyə öz istəyi əsasında hamiləliyə və doğuşa görə 126 təqvim günü, doğuşun ağırlaşması və ya əkizlərin doğulması halında - 143 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Uşağa qulluq üçün işçiyə 604 təqvim günü, doğuş zamanı ağırlaşmalar və ya əkizlər doğulduqda isə 587 təqvim günü məbləğində məzuniyyət verilir. Bu məzuniyyətin 57 təqvim günü ödəniləndir. Uşağa qulluq məzuniyyəti uşağın anası və ya atası tərəfindən tam və ya qismən istifadə edilə bilər.

1 yaşınadək uşağı övladlığa götürmüş işçiyə onun istəyi əsasında uşaq doğulduqdan sonra 550 təqvim günü müddətində yeni doğulmuş uşağın övladlığa götürülməsi məzuniyyəti verilir. Bu məzuniyyətin 90 təqvim günü ödəniləndir.

Hamiləlik və doğuş, uşağa qulluq və yeni doğulmuş uşağın övladlığa götürülməsi ilə əlaqədar məzuniyyət Gürcüstanın dövlət büdcəsi hesabına ödənilir. İşçiyə onun xahişi əsasında tam və ya qismən, lakin ildə 2 həftədən az olmayaraq, uşağın 5 yaşı tamam olana qədər 12 həftəlik uşağa qulluq üçün əlavə ödənişsiz məzuniyyət verilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur