Tbilisi Apellyasiya Məhkəməsi Sıqnaxi Rayon Məhkəməsinin hökmünü dəyişməz qoyub və iş adamı Levan Bidzinaşviliyə bəraət verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Levan Bidzinaşvili 2021-ci il dekabrın 4-də Tsnori-Tibaani yolunda saxlanılıb və qanunsuz silah saxlama ittihamı ilə 8 ay müddətinə həbs edilib. Bidzinaşvili təqsirini boynuna almayıb, silahın qoyulduğunu iddia edib. Həbsxanadan göndərdiyi məktubda o, deyirdi ki, onun həbsinin əsl səbəbi yüksək vəzifəli məmurların xeyrinə imtina etmədiyi ailəsinə məxsus torpaq sahəsi olub.
“Təxminən 1 il bu barədə söhbət gedirdi. Mənə DTX-nın keçmiş əməkdaşını göndərdilər, o mənə dedi ki, Siqnaxi polis rəisi və onun dostlarına Kaxetidə 200 hektar torpaq lazımdır. Mən dövlətə məxsus olan və həyat yoldaşıma mərhum atasından 49 illik icarə əsasında miras qalan 70 hektar ərazidən imtina etməli imişəmmiş. Susmalı və imtina etməli idim, hansı ki, buna razı olmadım. Mənə dedilər ki, bunu etməsəm, cəzalandırılacağam və elə həmin görüşdən sonra mənə belə etdilər”, - Levan Bidzinaşvili Siqnaxi rayon məhkəməsində keçirilən iclasda bildirib. O, deyir ki, silaha onun tüpürcəyini bulaşdırmışdılar, hansı ki, DNT-si tapılmışdı.
Prokurorluq Bidzinaşvilinin Cinayət Məcəlləsinin 236-cı maddəsinin qanunsuz olaraq odlu silah əldə etmə və ya saxlama və gəzdirmə maddəsinin üçüncü və dördüncü hissələri ilə təqsirli bilinməsini tələb edirdi. Təqsirli bilinərsə, Levan Bidzinaşvili 4 ildən 7 ilə qədər həbs oluna bilərdi.
Səkkiz aylıq həbsdən sonra, 2022-ci il avqustun 8-də Sıqnaxi rayon məhkəməsinin hakimi Aleksandr Lomidze təqsirləndirilən şəxsə bəraət qazandıraraq onu məhkəmə zalından azadlığa buraxıb.
Prokurorluq hökmü Tbilisi Apellyasiya Məhkəməsinə şikayət edib və ləğv edilməsini tələb edib. Tbilisi Apellyasiya Məhkəməsinin hakimi Vepxia Lomidzenin bu gün çıxardığı qərardan Ali Məhkəmədə şikayət etmək mümkündür.
Rayon məhkəməsinin daha sonra isə apellyasiya məhkəməsinin hökmünə baxmayaraq, prokurorluq hələ də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və sübutların saxtalaşdırılması ilə bağlı cinayət işi başlamayıb.