Tbilisi Apellyasiya Məhkəməsi jurnalist Eka Kvesitadzenin apellyasiya şikayətini təmin etməyib və onu “Rustavi 2” telekanalının xeyrinə 25 min lari ödəməyə məhkum edərək, şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Apellyasiya Məhkəməsi Şəhər Məhkəməsi tərəfindən təyin olunan və əmək məcəlləsini pozan çirkin təcrübəni davam etdirdi”. Xüsusilə diqqətə layiq olan hal odur ki, Eka Kvesitadzeyə “Rustavi 2”nin xeyrinə, dəymiş ziyanın ödənilməsi tapşırılıb. Bu, “Rustavi 2”nin, özünün Eka Kvesitadzeni işdən çıxaran zaman, “Rustavi 2”nin hərəkətindən qaynaqlanan sanksiysıdır. İşdən çıxarılan şəxsin “Rustavi 2”yə 25 min lari ödəməyə məhkum olması təşviş doğurur. Təəssüf ki, həm şəhər, həm də apellyasiya məhkəməsi iş üzrə əsas sübutları qiymətləndirmədən kənara qoyub və bu təcrübən bərqərar etdi”, – “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın sədri Nona Kurdovanidze bildirib.
Eka Kvesitadze 2019-cu ildə “Rustavi 2”-ni məhkəməyə verib, çünki o, teleşirkətin yeni baş direktoru Paata Salianın onu qanunsuz olaraq işdən çıxardığına hesab edirdi. Jurnalist ayrı-seçkilik əsasları ilə alınan işdən çıxarılması barədə əmrin ləğv edilməsini, işə bərpa olunmasını, məcburi əməyə görə kompensasiya və “Rustavi 2”nin ona olan maaş borcunun ödənilməsini tələb edib.
2022-ci ildə Tiflis Şəhər Məhkəməsi Kvesitadzenin işdən çıxarılmasını qanuni hesab edib və “Rustavi 2”-ni yalnız iş müddəti üçün 13.000 lari ödəməyə məcbur edib. Bundan əlavə, məhkəmə jurnalistin əmək müqaviləsinin şərtlərini pozduğunu, yəni “Mtavari Arxi”də işləməyə davam etdiyini müəyyən edib və onu “Rustavi 2”nin xeyrinə 25 min lari ödəməyə məhkum edib.
Eka Kvesitadzenin sözlərinə görə, apellyasiya məhkəməsinin qərarı onun üçün gözlənilməz olmayıb.
“Mənim işim mediaya qarşı mübarizə kontekstinə uyğundur. Bu isə cəza və ədəbsizlik siyasətidir. Bu Nika Qvaramiyanın da [“Mtavari Arxi”nin baş direktoru] həbs olunduğu eyni ədəbsizlik növüdür. Sizi hər hansı bir ittihamla təqsirləndirə bilər, hər hansı səbəbdən cərimələyə bilər və ya həbsxanaya sala bilərik, biz bunu edə bilərik və bu bizdə alınacaq – mesaj budur. Təbii ki, biz bu işi sona qədər aparacağıq və Gürcüstanın bütün instansiya məhkəmələrinə müraciət edəcəyik, baxmayaraq ki, Ali Məhkəmənin də fərqli qərar verəcəyini gözləmirik”, - deyə jurnalist bildirib.
“Rustavi 2” televiziya şirkətində kadr dəyişiklikləri 2019-cu ilin iyulunda, Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra televiziya şirkətinin səhmlərinin onun keçmiş sahibi, iş adamı Kibar Xalvaşi tərəfindən yenidən mənimsənildiyi zaman başlayıb. Xalvaşi kanalın o vaxtkı baş direktoru Nika Qvaramiyanı işdən çıxarıb və onun yerinə öz vəkili Paata Salianı təyin edib. Avqust ayında Paata Salia kanalın aparıcı jurnalistlərini, o cümlədən informasiya xidmətinin rəhbəri Nodar Meladzeni və verilişlərin aparıcılarını - Qiorqi Qabunia, Eka Kvesitadze və Nanuka Jorjoliani-ni işdən azad edib. Demək olar ki, bütün komanda etiraz əlaməti olaraq “Rustavi 2”ni tərk edib. Təxminən bir ay sonra Nika Qvaramiyanın rəhbərliyi altında “Mtavari Arxi” televiziyasını təsis ediblər.
Nodar Meladze və Nanuka Jorjoliani də “Rustavi 2”dən məhkəməyə müraciət ediblər. 2022-ci ildə Tbilisi Şəhər Məhkəməsi onların hər ikisinin işdən azad olunmasını qanunsuz hesab edib. “Rustavi 2” Meladzeyə 80 min lari, Jorjolianiyə isə 82 min lari ödəməyə məcbur edilib. Televiziya şirkəti qərarlardan apellyasiya şikayəti vermək niyyətində idi.