Tbilisi Apellyasiya Məhkəməsi 2021-ci il iyulun 5-də jurnalistlərə və operatorlara hücumda təqsirləndirilən şəxslərin cəzasını azaldıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Televiziya şirkəti “Pirveli”nin jurnalisti Miranda Baqaturia və operator Lekso Laşkaravaya qrup halında zorakılıq törətməkdə təqsirli bilinən 6 nəfərə, Davit Kutaladze, Akaki Nakaşidze, Tornike Davlaşeridze, Otar Gelaşvili, Tsotne Çixladze və Gia Qiquaşviliyə hakim Maya Tetrauli Cinayət Məcəlləsinin mütəşəkkil qrup zorakılığında iştirakı nəzərdə tutan 225-ci maddəsinin ikinci hissəsində bəraət qazandırıb.
Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin jurnalistin peşə fəaliyyətinə qanunsuz maneçilik törətməkdə (maddə 154), şəxsi peşə fəaliyyəti ilə əlaqədar təqibçilikdə (maddə 156) və qəsdən sağlamlığa az dərəcədə ağır zərər vurma (118-ci maddə) maddələri ilə 6 məhkumun hamısını 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 4 ilə endirib. Məhkumlar günahlarını etiraf etmirlər.
“Prokurorluq Tbilisi Apellyasiya Məhkəməsinin hökmü ilə qəti şəkildə razılaşmır. İttiham tərəfi sözügedən hökmdən qanunla müəyyən edilmiş müddət ərzində Gürcüstanın Ali Məhkəməsinə şikayət verəcək”. - Bu barədə prokuror Tamar Yakobidze bildirib.
2021-ci ilin 5 iyul tarixində Tbilisidə Gürcüstan Patriarxlığının, Rusiyayönümlü “Alt-İnfo” təşkilatının və digər homofob qrupların çağırışı ilə “Tbilisi pride”nin tədbiri olan “Ləyaqət marşı”na qarşı aksiya keçirilib. Aksiya zamanı onlar qrup halında jurnalistlərə hücum edib, onları döyüb, avadanlıqlarını sındırıblar. 53 jurnalist, operator və fotoqraf zorakılığın qurbanı olub. Onlardan bir neçəsi ağır yaralanıb və tibbi yardım lazım olub. Onların arasında “Sirtsxviliya” hərəkatının ofisində homofob qrupun hücumuna məruz qalan “Pirveli” teleşirkətinin operatoru 36 yaşlı Aleksandre Laşkarava da olub. Laşkarava iyulun 8-də xəstəxanadan buraxılıb və iyulun 11-də səhər saatlarında evində ölü tapılıb. Operatorun ölümü faktı ilə bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 115-ci, yəni intihar həddinə çatdırma maddəsi ilə araşdırma başlayıb. İstintaq hələ də yekunlaşmayıb.
2022-ci ilin 7 yanvar tarixində mətbuatda Levan Samxarauli adına Milli Məhkəmə Ekspertiza Bürosunun Aleksandr Laşkaravanın işi ilə bağlı rəyinin fraqmenti dərc olunub, belə ki, sözügedən rəyə əsasən, Laşkaravanın ölümünə səbəb “"heroin" adlı narkotik vasitə ilə intoksikasiya nəticəsində yaranan kəskin ürək-damar və tənəffüs çatışmazlığı” olub. Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının bəyanatına əsasən, açıq təklifə baxmayaraq, Daxili İşlər Nazirliyinin beynəlxalq ekspertləri ekspertizaya daxil etməməsi nəticəyə olan inamı azaldır.
İyulun 5-də hüquq-mühafizə orqanları bu iş üzrə ümumilikdə 31 nəfəri saxlayıb, onlardan 26-sı həbs edilib.