Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstan hakimiyyətini “ölkəyə onun haqlı olaraq arzuladığı Aİ üzvlüyünə namizəd statusunun verilməsi” üçün Avropa İttifaqının 12 tövsiyəsini yerinə yetirməyə çağırır. Bu barədə Assambleyanın yanvarın 26-da qəbul etdiyi qətnamədə qeyd olunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Assambleya Gürcüstanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə əldə etdiyi irəliləyişi alqışlayır və bütün siyasi qüvvələri qalan tövsiyələri yerinə yetirməyə və bu qətnamədə ifadə olunan narahatlıqlara cavab verməyə çağırır.
Assambleya ölkədəki ifrat siyasi qütbləşmədən narahatdır, bu, islahatlara və ölkənin gələcək demokratik konsolidasiyası və Avro-Atlantik inteqrasiyası üçün lazım olan islahatlarda maraqlı tərəflərin iştirakına təsir göstərir.
Assambleya gələcək islahatlara istiqamət vermək məqsədilə hakimiyyət orqanlarını məhkəmə sistemində aparılan islahatları müstəqil qiymətləndirməyə çağırır ki, ölkənin məhkəmə sisteminin müstəqilliyi təmin olunsun”, - sənəddə deyilir.
Qətnamədə, həmçinin Gürcüstanda media ilə bağlı son hadisələrə və bu istiqamətdə səslənən narahatlıqlara da toxunulur. Assambleya hakimiyyəti media mühitindəki gərginliyi azaltmaq üçün bütün mümkün addımları atmağa çağırır.
Assambleya bir daha beynəlxalq səviyyədə tanınmış çərçivədə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyini ifadə edir və Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının Rusiya Federasiyası tərəfindən qanunsuz işğalını və sürüngən anneksiyasını qınayır.
2022-ci il iyunun 23-də Avropa İttifaqının 27 üzv dövlətinin qərarı ilə Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd ölkə statusu alıb, Gürcüstana isə Avropa perspektivi statusu verilib. Avropa Komissiyası Gürcüstan 12 tövsiyəni yerinə yetirdikdən sonra ona Avropa birliyinə namizəd statusu verməyə hazırdır. Avropa Komissiyasının tövsiyələri siyasi qütbləşmənin həlli, deoliqarxizasiya, məhkəmə islahatlarının aparılması, antikorrupsiya xidmətinin gücləndirilməsi, müstəqil şəxsin xalq müdafiəçisi olaraq seçilməsi və s. mövzulara toxunur. Gürcüstan İslahatları Assosiasiyasının (GRASS) 15 yanvar 2023-cü il tarixinə olan hesabatına əsasən, xalq müdafiəçisinin seçilməsi və media mühitinin yaxşılaşdırılması da daxil olmaqla 6 tövsiyə ümumiyyətlə icra olunmayıb, bir tövsiyə tam, üçü qismən, üçü isə əsasən icra olunub.
Avropa Komissiyası tövsiyələrin icrasına dair öz hesabatını 2023-cü ilin payızında təqdim edəcək.