AŞPA Rusiyanı terrorçu rejim kimi tanıyıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Şurası Parlament Assambleyası (PACE) Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı qətnamə qəbul edib və bu qətnamədə Rusiya Federasiyası terrorçu rejim elan edilib.

Yekdilliklə qəbul edilən qətnamədə AŞPA üzvləri Ukraynanı tam dəstəklədiklərini təsdiqləyiblər. Assambleya Ukraynadakı təcavüzə və bu kontekstdə insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulmasına görə Rusiya Federasiyası və onun rəhbərlərini məsuliyyətə cəlb etmək üçün “hərtərəfli sistem” yaratmağa çağırır.

Assambleya Avropa Şurasına üzv dövlətləri xüsusi beynəlxalq tribunalın yaradılmasını sürətləndirməyə, Rusiya rejimini terrorçu kimi tanımağa və Ukraynanı lazımi hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırır.

Qətnamə üzrə səsvermədən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Avropa Şurası Parlament Assambleyasında çıxış edərək bildirib ki, vahid Avropa tarixdə indiki qədər güclü olmayıb.

“Avropa hamının düşündüyündən qat-qat güclüdür. Potensial olaraq bizim azadlığı, qanunun aliliyini, insan haqlarını, sosial ədaləti qorumaq qabiliyyətimiz düşündüyümüzdən də güclüdür.

Avropa Rusiyanın Ukraynaya təcavüzü cinayətləri üzrə xüsusi komissiyanın yaradılmasında tarixi rol oynaya bilər. Gəlin bunu edək. Bu, beynəlxalq hüququn prinsiplərini qorumağın ən yaxşı yolu olardı.

Avropa bu müharibənin vurduğu zərərin ödənilməsi səylərində lider ola bilər. Müvafiq kompensasiya mexanizmini yaratmalıyıq və onun yaradılması yolunu təklif edirik. Artıq Ukrayna tərəfindən müvafiq layihə hazırlanıb. Xahiş edirəm, həm Avropada, həm də BMT Baş Assambleyası səviyyəsində bunu dəstəkləyəsiniz. Xüsusilə ona görə ki, Rusiya aktivlərinin əsas hissəsi Avropada cəmləşib - həm dövlətin özündə, həm də təcavüzkar dövlətlə əlaqəli korrupsionerlər və korrupsioner bizneslər. Rusiyanın aktivləri müharibənin vurduğu zərərin ödənilməsinə yönəldilməlidir”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynanın sülhə gedən yolu Avropa yoludur: “Dialoq və prinsiplər yolu, müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsi və dəymiş ziyanın ödənilməsi yolu qələbəyə aparan yoldur. O, göründüyündən xeyli qısadır, ancaq bir şərtlə ki, dialoq həm də dürüst olsun – azadlığa həqiqətən dəyər verənlər arasında və “dialoq” sözü müharibəyə göz yummaq istəyini örtməsin.

Rusiya artıq Litva və Latviyanın qanunverici orqanları tərəfindən terrorizmi dəstəkləyən dövlət kimi tanınıb. Bu məsələ Estoniya parlamentində də müzakirə olunur.

Avropa Şurası 46 ölkəni birləşdirir. Gürcüstan 1999-cu ildən Avropa Şurasının üzvüdür.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur