Mülki Aviasiya Agentliyi bildirir ki, Asureti yaxınlığında üç nəfərin həlak olduğu qəzaya uğrayan hava şarında bütün lazımi yoxlamalar aparılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Agentliyin açıqlamasında bildirilir ki, aerostatı Gürcüstanın Mülki Aviasiya Agentliyi və Polşa Respublikasının Aviasiya İdarəsi tərəfindən sertifikatlaşdırılmış pilotlar idarə ediblər.
“Cameron Balloons Z-315 hava şarı Poti şəhərindən Vaşlovani Milli Parkı istiqamətində uçurdu və daxili uçuşlar üçün müəyyən edilmiş tələblərə (ICAO beynəlxalq standartı) uyğun olaraq pilot müvafiq quruma uçuş planını təqdim edib. Hava şarında 3 nəfər olub.
Böyük Britaniyada istehsal olunan “Cameron Balloons Z-315” hava şarı 2022-ci ildə buraxılıb və həmin ildə Gürcüstan Mülki Təyyarələrinin Dövlət Reyestrində (qeydiyyat nömrəsi 4L-BAV) qeydiyyatdan keçib.
Hava şarı Gürcüstanın Mülki Aviasiya Agentliyi və Polşa Respublikasının Aviasiya İdarəsi tərəfindən sertifikatlaşdırılmış pilotlar tərəfindən idarə edilib. Şarda Mülki Aviasiya Agentliyi tərəfindən bütün lazımi yoxlamalar aparılıb.
Aviasiya qəzaları Mülki Aviasiya və Dəniz Nəqliyyatında Qəzaların və Hadisələrin Araşdırılması Bürosu tərəfindən araşdırılır. Araşdırmanın hazırkı mərhələsində Gürcüstanın Mülki Aviasiya Agentliyinin aviasiya qəzası ilə bağlı digər təfərrüatları açıqlamağa səlahiyyəti yoxdur.
“Gürcüstanın Mülki Aviasiya Agentliyi qəzadan kədərləndiyini bildirir və həlak olanların ailələrinə başsağlığı verir”, - məlumatda deyilir.
Fevralın 7-də hava şarı Tetritskaro bələdiyyəsinin Asureti kəndi yaxınlığında yüksək gərginlikli elektrik verilişi xəttinə çırpılıb, nəticədə göyərtədə olan hər üç nəfər - “Sky Travel” turizm agentliyinin təsisçisi və direktoru Revaz Uturqauri, polşalı rejissor Kşiştof Zapart və “İmedi” teleşirkətinin operatoru Mişo Bidzinaşvili həlak olub.